lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu həyata səyahət – cəza 22

Loading...

[verse 1]
məncə mən bir gəncəm, öncədən
görüb hər şeyi ölç*biç, biç*ölç edən
hava isti, itirahət edirəm kölgədə
tək mənəm bəlkə də, ölülərlə dolu bu ölkədə
yol öyrədən yox, azmışam özgə bölgədə
özü də döngələrlə dolu labirint, asandı “döz” demək
lazımdır gözləmək, gözləyək !
kol*kosla dolu olsa da etrafım
korluğum yox, yaşayıram hətta “full”
mənə çörəkağacı deyil mikrafon
yormuram özümü, yoxdu rap’də pul
web’də boldu virtual dost*tanış
real həyatda yoxdu versəm axtarış
burda yazdı payız, olur yayda qış
yağmayıb başıma az yağış
nə qədər olar qızla küs*barış
küs, danışma, küs , danış ?!
bezib usanmışam, uzanmışam başım altında balış
gedib dayanmışam və yanmışam alışıb mən…

[chorus x 2 with chuck norris]
mən göz açıb həyata yolumu gedirəm
sağımı görürəm, solumu bilirəm
olur qazanıram,bəzən itirirəm, mən
yorulmadan həyata səyahət edirəm
[verse 2]
həyata səyahət həyatın şərtidir
görək kim mənə ərk edir ?!
ərkin şərti 1 :
foruma girib bu rap’ə şərh edin !
gərək tərgidim siqareti, gərək tərk edim
hər mitil hərəkətimi ki, fərq edim
dedim, kömək ola mənə bəlkə din* iman
tək qəbir qozbelin qənimidir, inan !
mənə xoşdur mühitdə tüstü*duman
gərək vuram 100 qulam ki, üstün olam
kim düzgün olanı bilsə üzgün olar
valideynlərim verib mənə tərbiyəni
mən ərköyün böyüdüm, eləmədim hər deyəni
və hərbiyə də belə getmədim
salmadım əziyyətə bu qəlbi yəni
hə, niyə də oxuyum, niyyətim də yoxdu təhsilə
təhsil bəhs eləmir həyatı,həyat tam tərsinə
küçələrdən aldım özümə dərsi mən, fərz elə !
və hər zaman səyahət edirəm ona həzz ilə
vəssalam, bunu özüvə həzm elə !

[chorus x 4 with chuck norris]
mən göz açıb həyata yolumu gedirəm
sağımı görürəm, solumu bilirəm
olur qazanıram,bəzən itirirəm, mən
yorulmadan həyata səyahət edirəm

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...