lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu səadət – elmira rəhimova

Loading...

[bənd 1]
hər gecə, hər sabah gözlərəm səni
mavi üfüq kimi önündəyəm mən
hər gecə, hər sabah gözlərəm səni
mavi üfüq kimi önündəyəm mən

izlər günəş dolu gözlərim səni
hər yerdə, hər zaman səninləyəm mən!

[nəqərat]
səadət, səadət! səslərəm səni
səadət, səadət! gözlərəm səni
könüllər vəslini arzular
adıma nəğmələr yazırlar
mənimdir gözəllik, məhəbbət!
səadət, səadət, səadət!

[bənd 2]
ulduzların sözü*söhbəti sənsən
göylərə nur çilər ayla səadət
ulduzların sözü*söhbəti sənsən
göylərə nur çilər ayla səadət

qönçələrin eşqi, ülfəti sənsən
körpələrə çalır layla səadət
[nəqərat]
səadət, səadət! gözlərəm səni
səadət, səadət! səslərəm səni
könüllər vəslini arzular
adıma nəğmələr yazırlar
mənimdir gözəllik, məhəbbət!
səadət, səadət, səadət!

[bənd 3]
axtarıram səni mən bu dünyada
min dəfə keçmişəm sənin yanından
axtarıram səni mən bu dünyada
min dəfə keçmişəm sənin yanından

sən atlı olmusan, mənsə piyada
görməmisən məni həyəcanından

[nəqərat]
səadət, səadət! səslərəm səni
səadət, səadət! gözlərəm səni
könüllər vəslini arzular
adıma nəğmələr yazırlar
mənimdir gözəllik, məhəbbət!
səadət, səadət, səadət!

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...