lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu zəfər çalsın idmanımız (olimpiada) – elnarə xəlilova

Loading...

[bənd]
sən odlar yurdunun
idmançı övladı
hər yerdə qalib gəl
uca tut bu adı

gör neçə azərkeş gözləri
zirvədə gözləyir sizləri
gör neçə azərkeş gözləri
zirvədə gözləyir sizləri

bu dünyanı qoy dolansın
bayrağımız dalğalansın
qələbəyə gedən yolda
qəlbimizdə məşəl yansın

zəfərlər naminə səslənsin
qoy ucalsın himnimizin sədası
sizinlə birlikdə sevinsin
hər bir eldə azərbaycan dünyası

dəyanətli, məğlubolmaz
el qızları, igidləri
gücünüzə arxayınıq
uğurla qayıdın geri
sabaha boylanır inamı
zəfərlə fəth edir dünyanı
xalqına bəxş edir bayramı
bizim azərbaycan idmanı

gələcək zəfərlər bizimdir!
ilhamlı səhərlər bizimdir!
gələcək zəfərlər bizimdir!
ilhamlı səhərlər bizimdir!

sönməyən odlar ocağım
müqəddəs ana torpağım
kaş olsun hər vaxt zirvədə
üç rəngli, milli bayrağım

hər vaxt ucal!
qələbə çal!
azərbaycan!

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...