lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yuxum çin olmaz – elvin nas

Loading...

sözləri:
yolların yorursa məni
belə mən olmaz,mən olmaz
nifrətin,sevgin qədərsə
belə kin olmaz,kin olmaz
belə kin olmaz,kin olmaz

külək ol yolumda əs,qəlbimi üşüt biraz
ruhumu al məndən gözlərində saxla miras
eşqimi qəlbinə yaz,pozulmayan bir qələmlə
silinməsin zaman zaman ülvi məhəbbət könüldə biraz biraz

yağış ol üstümə yağ,islat paltarımı
buluddan axan damlalarda görüm mən yarımı
süzülüb ovucuma ax,ağlayım mən də o vaxt
qovuşaq deyəcəkdim,amma yoxdu məndə o baxt

hər tərəf 4 divardan ibarətdir dustağ kimi
bir məhəbbət ölkəsindəyəm ki yerim qanlı qəfəs
gedir ömrün qatarı,çatıram təngənəfəs,əslində yoxdu həvəs
sənsizlik yordu məni
səni sənsiz yazıram illər ötər şairlər
öz vərəqlərində yazar mən deyəni
elə bil daş atmışam bu dünyanın pəncərəsinə
elə bil kölgə salmışam mən onun mənzərəsinə
elə bil alır qisas,elə bil əvəz çıxır
götürüb ruhumu cismimlə bərabər atıbdır qəm dərəsinə
elə bil qarğışdır,demək amin olmaz
nə həyat röya deyil,nə yuxum çin olmaz
ya bəxtimin gözü kordur
ya dünyamın özü dardır
gah beşikdir,gah məzardır
yerim gen olmaz

dərdim də dərdə düşüb,belə bir dərd olmaz
gizlədib zərin birin,bu zərlə nərd olmaz
öldürən zəhərdi eşq,o şəkər,qənd olmaz
bu dünya sənlə döyüşə girdisə bil ki
namərddi,mərd olmaz

əriyən şəm kimiyəm,başımda pərvanə
mənəm ol eşqi zəlil,mənəm ol divanə
qopanda fırtınalar qəm töküldü göylərdən
ürək olmuş qəmxanə,ömür artıq viranə

bu məhəbbət yolunda,asta asta,qədəm*qədəm,itib getdi,ötüb keçdi cavanlığım
və cavanlığımından hədiyyə qalıbdır mənə cənnət xəyallarımla gələn hər gecəmdə qaranlığım
şeirin dili laldır,şairin sözü kordur
qələmdə yoxdu günah,bəxtimin gözü kordur

elə bil daş atmışam bu dünyanın pəncərəsinə
elə bil kölgə salmışam mən onun mənzərəsinə
elə bil alır qisas,elə bil əvəz çıxır
götürüb ruhumu cismimlə bərabər atıbdır qəm dərəsinə
görəsən mən təki kimlər düşüb eşqin tələsinə
görəsən kimləri həbs eyləyibdir çərçivəsinə
elə bil qarğışdır,demək amin olmaz
nə həyat röya deyil,nə yuxum çin olmaz

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...