lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qalaktika – ematapoor

Loading...

sonsuz dünyanın bir ucunda sən, bir ucunda mən
onsuz o məni dinləyir dinmədən, bunu bilmədən
günəş sahilinə enmədən
buludlar özünü gömmədən
qumsala kölgələr dönmədən
görüşərik ölmədən

mənim qalaktikam qarşılıqsız sevgilərə aid, aid
sənə dair yazılan mahnılara ulduzlar da şahid, şahid
sən adi, mən mürəkkəb
necə ağacları qorxutmursa küləklər
bu böyük kürədə tək qalırsa ürəklər
mən də boş verərək gülərəm

ay əksini göstərir ləpələr
ucqar nöqtələrdə gizlənirsə təpələr
bakının sözü varsa xəzərə
desin saxlamasın bu günü səhərə
bakının sözü var xəzərə

mənim qalaktikam qarşılıqsız sevgilərə aid, aid
sənə dair yazılan mahnılara ulduzlar da şahid, şahid
sən adi, mən mürəkkəb
necə ağacları qorxutmursa küləklər

bu böyük kürədə tək qalırsa ürəklər

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...