lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ağıllı dəli – eqo

Loading...

[bənd 1: eqo]

danışanda gəlin düzünü danışaq
bilməlisən kim kimlə burda girir yarışa
siz balışa qoyub yatın başınızı, ay uşaq
kim yatmış, kim oyaq?
inan, heç deyil qamışa
sənin xarakterin, mənim adım eqo’dur
bakı sənin olsun, culfa mənə ghetto’dur
öncə danışmağı bacar, sonra gəl otur
vəziyyətin demo’dur, sən çəkməginən hər otu

[nəqarət: eqo]

(x2)

musiqini sevirik
biz hamı kimi deyilik
yolumuzu gedirik
biz təbiəti sevirik
alırıqsa, veririk
hər işi halal edirik
hazır olun, gəlirik
biz ən ağıllı dəliyik!

[bənd 2: eqo]
küçələr dar amma hərəkətimiz geniş
atalar “yorğana görə ayaq uzat” demiş
“gəl, iş görək” deyən adamların cibi boş
xoş getdiniz, ordan mənim hit’i qoş
musiqidir işimiz, sətir kəsir dilimiz
biz bu sənətin adamlarıyıq, ağarmır dişimiz
ey! çatır izimiz qulaqlardan ürəklərə
kim tapır özünü, bilirsiniz, özünü bizim səhnələrdə
birdən ara qarışar, bu şəhər yanar, alışar
aztv’nin xəbərləri çaşıb bizdən danışar
siz balışa qoyub yatın başınızı, yarışa
kim yatmış, kim oyaq?
yenə də deyil qamışa
əziyyətimiz o deyil, vəziyyətin düzələ
otur, gözlə payızı ki, böyüyəcək cücələr
düz edər düz danışan adam burda işini
amma güc edər, güclü olan çəkib atar dişini
axı necə bütün olanlarla barışaq?
kimə gedib bu cür vəziyyəti danışaq?
halal işimizə haram necə qarışar?
çoxu razılaşıb artıq 300 manat maaşa

[nəqarət: eqo]

(x3)
musiqini sevirik
biz hamı kimi deyilik
yolumuzu gedirik
biz təbiəti sevirik
alırıqsa, veririk
hər işi halal edirik
hazır olun, gəlirik
biz ən ağıllı dəliyik!

[çıxış]

biz dəliyik! ən ağıllı dəliyik!
biz dəliyik! ən ağıllı dəliyik!
biz dəliyik! ən ağıllı dəliyik!
biz dəliyik! ən ağıllı dəliyik!

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...