lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu vətən yaxşıdır – eyyub yaqubov

Loading...

[bənd 1]
dumanlı dağların başında durdum
dumandan özümə bir xeymə qurdum
dumanlı dağların başında durdum
dumandan özümə bir xeymə qurdum

keçdi xəyalımdan öz gözəl yurdum
dumanlar başında duman göründü
duman göründü…
keçdi xəyalımdan öz gözəl yurdum
dumanlar başında duman göründü
duman göründü…

xəzər dənizi də eşqimlə coşdu
xülyalar içində sanki bihuşdum
xəzər dənizi də eşqimlə coşdu
xülyalar içində sanki bihuşdum

vətən arzusuyla nəğmələr qoşdum
tufanlar qarşımda dastana döndü
dastana döndü
vətən arzusuyla nəğmələr qoşdum
tufanlar qarşımda dastana döndü
dastana döndü

[bənd 2]
könüllər cəzb edən bu xoş mənzərə
şövqümü artırdı şeirə, qəzələ
könüllər cəzb edən bu xoş mənzərə
şövqümü artırdı şeirə, qəzələ
çatdıqca vətənim, elim nəzərə
təbiət də mənə heyran göründü
heyran göründü…
çatdıqca vətənim, elim nəzərə
təbiət də mənə heyran göründü
heyran göründü…

deyirlər bülbülə çəmən yaxşıdır
insançün laləzar vətən yaxşıdır
deyirlər bülbülə çəmən yaxşıdır
insançün laləzar vətən yaxşıdır

vahid, sorma vətən nədən yaxşıdır?
adı gəlcək könlüm xəndan göründü
xəndan göründü…
vahid, sorma vətən nədən yaxşıdır?
adı gəlcək könlüm xəndan göründü
xəndan göründü…

vahid, sorma vətən nədən yaxşıdır?
adı gəlcək könlüm xəndan göründü
xəndan göründü…
vahid, sorma vətən nədən yaxşıdır?
adı gəlcək könlüm xəndan göründü
xəndan göründü…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...