lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qapımı döy, səadətim – fəxri kazım – nicat

Loading...

[bənd 1]
qapımı döy, səadətim
qapımı döy gec olmadan
arzularım, diləklərim
tənhalıqdan puç olmadan

qapımı döy, səadətim
qapımı döy gec olmadan
arzularım, diləklərim
tənhalıqdan puç olmadan

[keçid]
mən inandım məhəbbətə, yox olsa da
ayrılığın qəlbimdə bir ox olsa da
sinə gərdim acılara çox olsa da
qapımı döy, səadətim

[nəqərat]
qapımı döy, açılmasa, əl at, sındır
zülmətimi kəsib keçən işıq yandır
gəl bu eşqin məşələni alovlandır
qanadlansın məhəbbətim
qapımı döy, səadətim

[bənd 2]
qapımı döy, səadətim
qapımı döy gec olmadan
sevgi dolu ümidlərim
külə dönüb heç olmadan
qapımı döy, səadətim
qapımı döy gec olmadan
sevgi dolu ümidlərim
külə dönüb heç olmadan

[keçid]
ürəyimdə gör nə qədər arzu yatır
xəyallarım istəyimə hey can atır
tələsirəm, illər ötür, aylar qaçır
qapımı döy, səadətim

[nəqərat]
qapımı döy, açılmasa, əl at, sındır
zülmətimi kəsib keçən işıq yandır
gəl bu eşqin məşələni alovlandır
qanadlansın məhəbbətim
qapımı döy, səadətim

gəl bu eşqin məşələni alovlandır
qanadlansın məhəbbətim
qapımı döy, döy, döy, səadətim
qapımı döy, döy, döy, səadətim
qapımı döy, döy, döy, səadətim
qapımı döy, döy, döy, səadətim

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...