lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yenə bizdən danışırlar – faiq ağayev

Loading...

[bənd 1]
hanı o nazlı təbəssüm?
hanı sevdalı baxışlar?
bir həyat bəxş eləyərdi
mənə mənalı baxışlar
bir həyat bəxş eləyərdi
mənə mənalı baxışlar

indisə anlaşa bilmir
bu müəmmalı baxışlar
indisə anlaşa bilmir
bu müəmmalı baxışlar

indisə anlaşa bilmir
bu müəmmalı baxışlar
bir*birindən çəkinirlər
amma gizlin baxışırlar
bir*birindən çəkinirlər
amma gizlin baxışırlar

[nəqarət]
yenə bizdən danışırlar
səni məndən soruşurlar
yenə bizdən danışırlar
səni məndən soruşurlar
[bənd 2]
üzür həsrət məni, allah
qəm olarmı bu biçimdə?
səni sevməklə bu qəlbim
yanılıb bəlkə seçimdə?
səni sevməklə bu qəlbim
yanılıb bəlkə seçimdə?

məni qoymur rahat artıq
bu dəli hisslər içində
məni qoymur rahat artıq
bu dəli hisslər içində

məni qoymur rahat artıq
bu dəli hisslər içində
yığışıb, sanki qoşuntək
ürəyimlə vuruşlar

yığışıb, sanki qoşuntək
ürəyimlə vuruşlar

[nəqarət]
yenə bizdən danışırlar
səni məndən soruşurlar
yenə bizdən danışırlar
səni məndən soruşurlar
[bənd 3]
bir məhəbbət alovunda
isinərdik, alışardıq
xoş xəyallara yaşardıq
gələcəkdən danışardıq
xoş xəyallara yaşardıq
gələcəkdən danışardıq

arabir adi səbəbdən
küsüşərdik, barışardıq
arabir adi səbəbdən
küsüşərdik, barışardıq

arabir adi səbəbdən
küsüşərdik, barışardıq
arabir adi səbəbdən
küsüşərdik, barışardıq

indisə bizli xəyallar
küsüşürlər, barışırlar

[nəqarət]
yenə bizdən danışırlar
səni məndən soruşurlar
yenə bizdən danışırlar
səni məndən soruşurlar
yenə bizdən danışırlar
səni məndən soruşurlar
yenə bizdən danışırlar
səni məndən soruşurlar

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...