lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu həyat nədir – flora kərimova

Loading...

[bənd]
həyat nədir? sual verdim özümə
mənasını çiçəklərdən öyrəndim
yaşadıqca çarpışmayı, sevməyi
qəlbimdəki diləklərdən öyrəndim

[bənd]
bir yay aldım, çıxmaq üçün şikara
rast gəldim bir ahu gözlü nigara
nişan alıb ox atmağı nə çarə
daş ürəkli mələklərdən öyrəndim

[bənd]
sular kimi köpüklənib daşmağı
ellər kimi uca dağlar aşmağı
min bir əməl arxasınca qoşmağı
dürlü*dürlü ürəklərdən öyrəndim

[bənd]
xəbər olsun hər təzəyə, hər gəncə
insan – cocuq, həyat ona əyləncə
mən gurultu qoparmağı ilk öncə
alov gözlü şimşəklərdən öyrəndim

mən bunların əsasını iştə (ah…)
çox çəkdiyim əməklərdən öyrəndim
[çıxış]
həyat nədir? ölüm nədir?
boş sual
sevda nədir? hicran nədir
bir xəyal

həyat nədir? ölüm nədir?
boş sual
sevda nədir? hicran nədir
bir xəyal

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...