lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu simurq – fredy dizzy

Loading...

[bənd 1: fredy dizzy]

yatacıq əbədi
yerimiz döşəmədi
kiminin əzəməti (ya)
kiminin məzəmməti
lazım deyil mənə məlhəm
nə də bir kimsənin mərhəməti
yaşayacamsa qul kimi (ey)
neynirəm səltənəti
dönmür dünya, səndələnir
bu həyat fani
ölürük ani kimin üçünsə biz
hər daim yerini tutur həmişə nalayiq
gözünün işığı özünə xain
olma heç kimə arxayın
həyat belədir, ayıl!
atılan addımlar qorxudan
kimin səsi çoxdu, xodunu al
kimin bəd işləri yolunda
boğulacaq bir gün xofunda (ey)
goruna millətin gəlməsinə rəğmən
ruhuna düşməz heç bir rəhmət
rəhmdə edilir qətl hər dəfə
zərbədən qəflətən göz açılır müharibə
həndəvər nə təhər olsa da adlanır vətən
bəxtəvər o kəs ki, çəkilib artıq xəlvətə (ya)
[nəqarət: fredy dizzy]

simurq
apar məni qanadlarında
simurq
qorxuram alovlarından

[bənd 2: fredy dizzy]

dünyaya bir dəfə gəlir bəşər
harda cəngəllik, meşə
dağıtmağı bilir peşə
vurub üçünü beşə
xislətini dəyişər
gor eşər o həmişə
hər daim murder sh*t
doludur mürdəşir
solğundur günəşin və ətrafda
insanlar yaşıyır sanki bir machine (ey)
təəssüf hamı buna öyrəşib
əsrlərdir heç nə dəyişmir

[nəqarətdən öncə: fredy dizzy]

tanrı bizi hür yaradıb salıb dünyaya
hörgünü hörgüyə ilişdirdilər
bölüb hər bir qarışı alıb imzaya
bölgəni bölgəyə bitişdirdilər
[nəqarət: fredy dizzy]

simurq
apar məni qanadlarında
simurq
qorxuram alovlarından

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...