lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu deyəsən – gülay zeynallı

Loading...

[bənd 1]
bu gecə yuxumda izlər salmısan
yenə kirpiklərin yaşdır, deyəsən
bu gün də halımı xəbər almasan
yazacam: ‘’ürəyin boşdur, deyəsən’’

gül açıb bar tutmur istəyim, arzum
pərişan yuxumu nə cürə yozum?
nədən parlamadı tale ulduzum?
səhəri qüssəli açdı, deyəsən

[nəqərat]
nələr yaşamadıq, nələr danışdıq
nələrdən keçmədik, küsdük, barışdıq
bir şəklin gəlibdir telində işıq
hələ oralarda qışdır, deyəsən
bir şəklin gəlibdir telində işıq
hələ oralarda qışdır, deyəsən

[bənd 2]
elə gözəl idin baxıb güləndə
ömrümə nur kimi axıb gələndə
ləngimə, qorxuram dərdi böləndə
gileylə: ‘’köçəri quşdur, deyəsən’’

[nəqərat]
nələr yaşamadıq, nələr danışdıq
nələrdən keçmədik, küsdük, barışdıq
bir şəklin gəlibdir telində işıq
hələ oralarda qışdır, deyəsən
bir şəklin gəlibdir telində işıq
hələ oralarda qışdır, deyəsən
[çıxış]
düşmüşəm indi mən çox haldan*hala
nə dövran, nə də ki sən gəldin yola
nəbadə dünyada mən ola*ola
gileylə: ‘’köçəri quşdur, deyəsən’’
nəbadə dünyada mən ola*ola
görmədim, harasa uçdu, deyəsən

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...