lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu popurri: şirindir yarım/reyhanə – gülşən əliyeva

Loading...

[giriş]
gəl, gəl, gəl, yarım, mənə naz etmə, gəl
aşiqi tək qoyub bir yana getmə, gəl
gəl, gəl, gəl, yarım, mənə naz etmə, gəl
aşiqi tək qoyub bir yana getmə, gəl

[bənd 1]
heç insaf varmı səndə
qəlbi qan edirsən?
sənə gəl*gəl deyəndə
naz edib gedirsən

heç insaf varmı səndə
qəlbi qan edirsən?
sənə gəl*gəl deyəndə
naz edib gedirsən

[nəqərat]
gəl, gəl, gəl, yarım, mənə naz etmə, gəl
aşiqi tək qoyub bir yana getmə, gəl
gəl, gəl, gəl, yarım, mənə naz etmə, gəl
aşiqi tək qoyub bir yana getmə, gəl

[bənd 2]
intizar qoyma məni
artırma dərdi, qəmi
intizar qoyma məni
artırma dərdi, qəmi
ürəyimi üzmə, gəl
gəl, könlümün həmdəmi
ürəyimi üzmə, gəl
gəl, könlümün həmdəmi

[nəqərat]
gəl, gəl, gəl, yarım, mənə naz etmə, gəl
aşiqi tək qoyub bir yana getmə, gəl
gəl, gəl, gəl, yarım, mənə naz etmə, gəl
aşiqi tək qoyub bir yana getmə, gəl

[bənd 3]
süzüb qara gözlərin öylə naz ilə getmə
səni sevən aşiqin gəl könlünü qan etmə
süzüb qara gözlərin öylə naz ilə getmə
səni sevən aşiqin gəl könlünü qan etmə

[keçid]
ey yazım, baharım, ey gözəl nigarım
dur getmə, amandır, əylən, vəfadarım
ey yazım, baharım, ey gözəl nigarım
dur getmə, amandır, əylən, vəfadarım

[nəqərat]
əylən, əylən, gəl ruhumu şad eylə
söylə, söylə, ‘’səni sevirəm’’ *, söylə
əylən, əylən, gəl ruhumu şad eylə
söylə, söylə, ‘’səni sevirəm’’ *, söylə
[bənd 4]
əzizim, şirindir nar, yeməyə şirindir nar
var olsun qohum*qardaş, hamıdan şirindir yar
əzizim, şirindir nar, yeməyə şirindir nar
var olsun qohum*qardaş, hamıdan şirindir yar

[nəqərat]
şirindir, şirindir, şirindir yarım
yar şirindir, şirindir, şirindir canım
şirindir, şirindir, şirindir yarım
yar şirindir, şirindir, şirindir canım

[bənd 5]
gün çıxar bulud dalından
pay verər sənə odundan
küsməyi çıxar yadından
gəl, evimi yıxma, gülüm

gün çıxar bulud dalından
pay verər sənə odundan
küsməyi çıxar yadından
gəl, evimi yıxma, gülüm

[keçid]
boynum olub şahmar ilan
sənsən məni dərdə salan
bəsdir, mənə dеdin yalan
gəl, evimi yıxma, gülüm
boynum olub şahmar ilan
sənsən məni dərdə salan
bəsdir, mənə dedin yalan
gəl, evimi yıxma, gülüm

[nəqərat]
bəsdir, daha dеdin yalan
gəl, evimi yıxma, gülüm
bəsdir, daha dedin yalan
gəl, evimi yıxma, gülüm

[bənd 6]
dərdi*bəlan gəlsin mənə, reyhanə
reyhanə balam, reyhanə, reyhanə
qoy bir namə yazım sənə, reyhanə
reyhanə balam, reyhanə, reyhanə

dərdi*bəlan gəlsin mənə, reyhanə
reyhanə balam, reyhanə, reyhanə
qoy bir namə yazım sənə, reyhanə
reyhanə balam, reyhanə, reyhanə

[nəqərat]
canımı qurban eylərəm sən kimi bir yara
canımı qurban eylərəm sən kimi bir yara
reyhanə, reyhanə balam, reyhanə, reyhanə
reyhanə, reyhanə balam, reyhanə, reyhanə
canımı qurban eylərəm sən kimi bir yara
canımı qurban eylərəm sən kimi bir yara

[bənd 7]
nar çiçəyin rəngi var yanağında
qızılgülün ətri var buxağında
nar çiçəyin rəngi var yanağında
qızılgülün ətri var buxağında
dağ havası gəzir bal dodağında
dağ havası gəzir bal dodağında

[nəqərat]
nə gözəldir gözəlləri yurdumun
vəfalıdır gözəlləri yurdumun
nə gözəldir gözəlləri yurdumun
vəfalıdır gözəlləri yurdumun

[bənd 8]
gəldi, çatdı rəqs eləmək zamanı
bizim gözəl el havaları hanı?
nə gözəldir rəqs havası, mehmanı
nə gözəldir rəqs havası, mehmanı

[nəqərat]
bir hava çal, qonaqlar oynasınlar
bu gün bura gələnlər oynasınlar
mehmanı çal, qonaqlar oynasınlar
bu gün bura gələnlər oynasınlar

[bənd 9]
sən də bir az xəyallara dal görüm
musiqini duyub burada qal görüm
telli sazda yanıq kərəmi çal görüm
telli sazda yanıq kərəmi çal görüm

[nəqərat]
eşq oduna yananlar oynasınlar
bu gün bura gələnlər oynasınlar
eşq oduna yananlar oynasınlar
bu gün bura gələnlər oynasınlar

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...