lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu müəllim (2023) – gülyanaq məmmədova

Loading...

[bənd 1]
kamillik izində, sorağındadır
mələklik siması yanağındadır
ilahi vergisi varlığındadır
müqəddəs işinə kölədir müəllim
ilahi vergisi varlığındadır
müqəddəs işinə kölədir müəllim…

[nəqərat]
məktəbdir, təhsildir dövləti, varı
bağbandır, elmdir meyvəsi, barı
o sirli dünyadır, xocadır adı
elinə, yurduna şölədir müəllim

[bənd 2]
dünyanın yükünü daşıyanların
vətənə can verən qəhrəmanların
amalı düz olan mərd insanların
nurlu gözlərində jalədir müəllim
amalı düz olan mərd insanların
nurlu gözlərində jalədir müəllim…

[nəqərat]
məktəbdir, təhsildir dövləti, varı
bağbandır, elmdir meyvəsi, barı
o sirli dünyadır, xocadır adı
elinə, yurduna şölədir müəllim
[bənd 3]
ürəyi genişdir asiman kimi
baxışı işıqdır günəş, ay kimi
ədəb məclisində buket, pay kimi
çiçəklər qoynunda lalədir müəllim

qələmə yaraşıq, sözə yaraşıq
vəfalıdır əhdə, düzə yaraşıq
cəmiyyət içində gözə yaraşır
yaradan yaradıb, böylədir müəllim…

[nəqərat]
məktəbdir, təhsildir dövləti, varı
bağbandır, elmdir meyvəsi, barı
o sirli dünyadır, xocadır adı
elinə, yurduna şölədir müəllim

məktəbdir, təhsildir dövləti, varı
bağbandır, elmdir meyvəsi, barı
o sirli dünyadır, xocadır adı
elinə, yurduna şölədir müəllim

[çıxış]
elinə, yurduna şölədir müəllim…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...