lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu həyatım əllərimdə – h.o.s.t. alliance

Loading...

[bənd 1:qaraqan]
hər ömürdə bir kitab var
hər kitabda bir əsər var
hər əsərdə bir nağıl
hər nağılda bir kədər var

hər kədərdə bir xeyir var
hər xeyirdə bir ziyan
hər ziyanda bir zülmət
hər zülmətdə bir səhər var
hər səhərdə bir ümid var
hər ümiddə bir inam var
hər inamda bir şübhə
hər şübhədə bir yalan var

hər yalanda bir həqiqət
həqiqətdə bir ədalət
ədalətdə min cinayət
cinayətdə pis zaman var

hər zaman doludur dərslə
dərs sonunda imtahandır
hər imtahan bir döyüş
hər döyüş bir intiqamdır

intiqamlar namus üstə
namus indi kağız üstə
hər kağızda bir sətir
hər sətirdə bir ümman var

hər ümmanda göz yaşı var
göz yaşı doludur qəmlə
qəm gətirən sevgilərdir
sevgilərdə xəyanət var

hər xəyanət ürəyə bağlı
ürək arzu, diləyə bağlı
diləyi gətirən bir qərar
qərarlarda cəsarət var
hər cəsarət qəhrəmanlıq
qəhrəmanlar olur tarix
hər tarix yazılı qanla
hər qanda bir üsyan var

hər üsyan etirazdır
etiraz bu gün günahdır
günahlarla doludur insan
hər insanda bir şeytan var

[nəqərat: qaraqan]
hər günümdə döyüşdüm kölgələrlə
diz çöküb yalvardım allaha…
dualar etdim “qurtar məni günahın əllərindən”
səs gəldi – “həyatın sənin öz əllərində”

hər günümdə döyüşdüm kölgələrlə
diz çöküb yalvardım allaha…
dualar etdim “qurtar məni həyatın əllərindən”
cavab verdi – “hər şey sənin öz əllərində”

[bənd 2: jamal ali]
bir şəhər var, küçələr hamısı kabus adlı
hər ad orda qanla bağlı, hər qanın bir uzun yaddaşı
hər yaddaşı yazıya həkk, hər yazısı saxtakarlıq
hər saxtakar məmur, hər məmur imarət saraylı
hər sarayın açarları, açar deşiklərində qorxu
hər qorxusunun bir kabusu, kabuslar qarabasmaları
hər qaranın içində dünya, dünyaların kainatı
və adı h.o.s.t, solu da, sağı da cənnət içrə alma bağı

içdə əcinnə, üzdə fağır, xalqı ağlar ona ağı
tükü yükündən ağır, sözü hökmdən ağır
lirika tələbi, çağının gülüşü, sevgi sanki haramı ağlı
mənmi, haqlı, haqmı, mən?!
üzümə dünya qapısı bağlı

köməyi duasına tanrı auditoriyam olsa sağır
partla bağrım, içdə ağrım, bitdi nağılı, budurmu axrım?
varisim buraxdı taxtı, axdı, getdi zamana çatdı
əllərim qocaldı, üzümə bulanıq baxışlar buraxdı

[bənd 3: errant]
mən inanmıram, səhər nə vaxtsa açılar
mən inanmıram, əriyər buzlar ürəkdə
mən inanmıram, bitər içimdə gecələr
mən inanmıram, sağalar qanadlar kürəkdə

mən inanmıram, kədərlə başlanan sevinclə bitə bilər
inanmıram, haram və oğurluqlar gözdən itə bilər
inanmıram, yata bilərmi millət bu qədər səsküydə?
mən inanmıram, deməli başının üstdə layla çalan var

inanmıram, gözümlə görməsəm mən heç kəsə
inanmıram, işlədilməmiş qılınc boyun kəsər
inanmıram, tarixin yalan şərəfli səyfələrinə
mən inanmıram, şəhidlər yad olur sükut dəqiqələrinə

[nəqərat: qaraqan]
hər günümdə döyüşdüm kölgələrlə
diz çöküb yalvardım allaha…
dualar etdim “qurtar məni günahın əllərindən”
səs gəldi – “həyatın sənin öz əllərində”

hər günümdə döyüşdüm kölgələrlə
diz çöküb yalvardım allaha…
dualar etdim “qurtar məni həyatın əllərindən”
cavab verdi – “hər şey sənin öz əllərində”

[bənd 3: promete]
mən gülərdim, əlimə qələm sahib olsa
ağlayardım vərəqlərim sözlə dolsa
gülərdimmi sözlərim fikirdə qalsa, yoxsa, ağlayardım?
bağlayardım qıfıla beynimi və qəlbimi

əllərim soruşsa, yeni fikirlərin gəldimi?
dərdimi bölərdim boğaza keçən kəndir ilə
sonra çənəm qurtarardı kəndirdən tədbir ilə
nağıl kimi bitərdi, buna gülərdim
ağlayardım sonda üç alma olmasaydı

mən gülərdim hər xəzanda gül solmasaydı
ağlayardım öləndə ürək durmasaydı
vurmasaydı indi tappa*tuppa*tappa…

gülərdim, eşidilməsəm, ağlayardım
eşidilməsəm gülərdim, ağlaya bilməsəm
ağlayardım, ağlayanda gülməsəm

[nəqərat: qaraqan]
hər günümdə döyüşdüm kölgələrlə
diz çöküb yalvardım allaha…
dualar etdim “qurtar məni günahın əllərindən”
səs gəldi – “həyatın sənin öz əllərində”

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...