lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu mənim qaranlığım – h.o.s.t. alliance

Loading...

[bənd 1: qaraqan]
həyatım əllərimdə əriyən şam kimi, qaranlıq aləmimdə
son ümidin yasında, göz yaşımda qəmli xatirə
əzablarımla qəlbimin pıçıltısı kəsildi
səbrimin sonu uzaq, bu daş*kəsəkli yolda qatiləm

(ölən getdi) qərar * uzaq səfər, belimdə illərin yükü
səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri
qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər
köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri
ürək ölüb və bilmək istəmir
bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz
bu gün külək bitər, günəş itər, buludlu göydə yelkənim küləksiz
ürəksiz tikilsin heykəlim və gözlərim bəbəksiz

qapını bağlayın, heç kəs gəlməsin
bu gün özüm özümlə qalmaq istərəm, ölmək istərəm
ölümü gözlərəm ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə
sətri izlərəm, dünya çox gözəl və çox yalançı

nəğmələr oxundu, şeirlər yazıldı
hər birində körpə qəlbimin əlində can verən göyərçin
hələ də uçmaq arzusuyla çırpınan qanadların səsində
anladım sevgilər nağıl, nağıllar yalan

arzular talam, bu şəhər yad mənə tamam
gecə sonsuz, durub zaman, yaram sağalmır, axır qan
geri zülmət, irəli duman, yenə nifrət, kədər, güman
halım yaman, kömək aman, damarlarımda qara qan

[nəqərat: qaraqan]
qırıldı qəlbim, kədərli dərdim
üfüqdə şəfəqlər qaranlığa qarışmasında
tükəndi səbrim, soyuqdur qəbrim
ümidlərim “kim tez ölə bilər?” yarışmasında
qırıldı qəlbim, kədərli dərdim
üfüqdə şəfəqlər qaranlığa qarışmasında
tükəndi səbrim, soyuqdur qəbrim
gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin

[bənd 2: qaraqan]
uşaqlığımla görüşsəydim, ağlayıb qaçardı
qorxub üzünə baxmadan bu qəribə adamın anasına çatardı
ürək atardı, gecə yatardı qollarında zülmətin
sadəlövh arzular bahalı zamanı heçə satardı

şaxtalar dəyişdi, üzümün yarası, kədəri, qırışı artdı
söyüşü artdı dilimin, illər ötdü, ürəyim indi sərtdir
mələyi tutmaq istədim əlimlə, parıltıdan göz qamaşdı
qürurum və vicdanım hisslərimlə çox dalaşdı

çox dirəşdi tələdə, səhərə kimi bu dərədə, arada*sırada
qələbə, çataram hədəfə, yarama səpələ duzunu, düzünü
yuxunu, gözümün irağı edərəm üzünü taparam izini gedərəm
səsinə çataram, əlini tutaram harada olsa, qalada, dərədə, təpədə

xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdır
dəli şair gözü yaşlı, tənha gecələr yatmazdı
səhra yolumun əvvəlində, cəllad, silah əllərində
qarabasma, yenə tərlədim mən dəftər dolu qəzəllərimlə
səssiz ol, yenə də həyat tamaşası bitdi, bu gecə də qəmli sonlu
sevgi donu geyinən hər kədəri də ilk baxışda tanımışdım onu
bu tikanlı yolu qara dərviş bəzədi saray kimi, nəfəsində şaxta dondu
qara qarğa qonub evimin bacasına, cavanını, qocasını söy, mikrofon
(bu nə iydir?)

illər köçər, kitab rəfimdə oxunmamış neçə nağıl
uşaqlığımın üzünə tüpürüb, dəqiqələr də çox paxıl
inanmıram ki, bir dəqiqə versin altmış bir saniyə
o əlavə bir saniyədə bir söz qışqırım “tövbə…”
(tövbə…)

[nəqərat: qaraqan]
qırıldı qəlbim, kədərli dərdim
üfüqdə şəfəqlər qaranlığa qarışmasında
tükəndi səbrim, soyuqdur qəbrim
ümidlərim “kim tez ölə bilər?” yarışmasında

qırıldı qəlbim, kədərli dərdim
üfüqdə şəfəqlər qaranlığa qarışmasında
tükəndi səbrim, soyuqdur qəbrim
gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin

[keçid: qaraqan]
və artıq görmürəm yuxularımda cənnəti
bu qəlbimin sonuncu harayı, hansı cəhənnəmdə, bilmirəm
yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir
yoruldu, tab gətirmir, acı, kədərli illərə

artıq görmürəm yuxularımda cənnəti
bu qəlbimin sonuncu harayı, hansı cəhənnəmdə, bilmirəm
yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir
dözmək olmur, artıq bəsdir
buraxın, uçum göylərə…

[nəqərat: qaraqan]
qırıldı qəlbim, kədərli dərdim
üfüqdə şəfəqlər qaranlığa qarışmasında
tükəndi səbrim, soyuqdur qəbrim
ümidlərim “kim tez ölə bilər?” yarışmasında

qırıldı qəlbim, kədərli dərdim
üfüqdə şəfəqlər qaranlığa qarışmasında
tükəndi səbrim, soyuqdur qəbrim
gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
(gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin)

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...