lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu köhnə dostlarım – hikmət aslanov

Loading...

[bənd 1]
dostlarsız bircə an olmayıram şən
necə viran olur bülbülsüz çəmən
onları görəndə məst oluram mən
kuyi*meyxanədir köhnə dostlarım

onları görəndə məst oluram mən
kuyi*meyxanədir köhnə dostlarım

dost gərək haqq yola səsləyə səni
mənim dostlarım da belədir yəni
kövsər şərabı ilə məst edər məni
əldə peymanədir köhnə dostlarım

kövsər şərabı ilə məst edər məni
əldə peymanədir köhnə dostlarım

[nəqərat]
hərdənbir küssəm də, lap incisəm də
çəkilib təkliyə qüssə yesəm də
hərdənbir küssəm də, lap incisəm də
çəkilib təkliyə qüssə yesəm də

baxma, dostlarıma köhnə desəm də
qədtəzə xanədir köhnə dostlarım
baxma, dostlarıma köhnə desəm də
qədtəzə xanədir köhnə dostlarım
[keçid]
köhnə dostlarım, köhnə dostlarım
kuyi*meyxanədir köhnə dostlarım
köhnə dostlarım, köhnə dostlarım
əldə peymanədir köhnə dostlarım

[bənd 2]
vəhdət hədəfiyəm hədəf içində
ömür ötmədədir şərəf içində
ürəyim sədəfdir sədəf içində
dürdür, dürdanədir köhnə dostlarım

ürəyim sədəfdir sədəf içində
dürdür, dürdanədir köhnə dostlarım

nəyi ki danışsam, sözümdən bilər
sözümün məğzini gözümdən bilər
qəlbimdən keçəni üzümdən bilər
elə fərzanədir köhnə dostlarım

qəlbimdən keçəni üzümdən bilər
elə fərzanədir köhnə dostlarım

[nəqərat]
hərdənbir bir küssəm də, lap incisəm də
çəkilib təkliyə qüssə yesəm də
hərdənbir bir küssəm də, lap incisəm də
çəkilib təkliyə qüssə yesəm də
baxma dostlarıma köhnə desəm də
qədtəzə xanədir köhnə dostlarım
baxma dostlarıma köhnə desəm də
qədtəzə xanədir köhnə dostlarım

[çıxış]
köhnə dostlarım, köhnə dostlarım
kuyi*meyxanədir köhnə dostlarım
köhnə dostlarım, köhnə dostlarım
əldə peymanədir köhnə dostlarım

köhnə dostlarım, köhnə dostlarım
dürdür, dürdanədir köhnə dostlarım
köhnə dostlarım, köhnə dostlarım
mərdi*mərdanədir köhnə dostlarım

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...