lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu toy, qayınana, ala gözlərin (popurri) – ilkin fuad

Loading...

[bənd 1]
məndə yaxşı baxt olar
bu gün axşam vaxt olar
çiçək taxıb yaxana
əllərim xoşbəxt ola

qurbanam göz, qaşına
deyiləm özbaşıma
mən çox danışıram ki
gəlim sənin xoşuna

[nəqərat]
buradan sizin qapıyadək
elçilərim düzülər
toya kimi sən küsməsən
toydan sonra düzələr…

buradan sizin qapıyadək
elçilərim düzülər
toya kimi sən küsməsən
toydan sonra düzələr…

[bənd 2]
bu xoş gündə nə kədər?
işarə etsən əgər
atılıb ortalığa oynaram sübhə qədər
dodağı bal, dili bal, istəyirsən, olum lal
məndən bir çiçək istə
üstündə ömrümü al

[nəqərat]
buradan sizin qapıyadək
elçilərim düzülər
toya kimi sən küsməsən
toydan sonra düzələr…

buradan sizin qapıyadək
elçilərim düzülər
toya kimi sən küsməsən
toydan sonra düzələr…

[bənd 3]
məclis düzəlib
tez gəlin, dostlar
dolsun qədəhlər
deyilsin tostlar

[keçid]
bu gözəl toy gecəsi
məclisin şən nəğməsi
bu gözəl toy gecəsi
məclisin şən nəğməsi
ucalsın, ucalsın səsimiz
[nəqərat]
çal tarı, kamanı
qızışdırın aranı
qoy oynasın qonaqlar
qoy qalxsın havaya
bəyi çəkin araya
nəğmə desin dodaqlar

çal tarı, kamanı
qızışdırın aranı
qoy oynasın qonaqlar
qoy qalxsın havaya
bəyi çəkin araya
nəğmə desin dodaqlar
nəğmə desin dodaqlar

[bənd 4]
qurban olum gəlinimin
dövlətinə, varına
qurban olum gəlinimin
dövlətinə, varına

bəy oğlu, bəy nəslinə
seyid babalarına
bəy oğlu, bəy nəslinə
seyid babalarına
[nəqərat]
gözün dəyər, ay balam
maşallah de bir görək
maşallah, maşallah
maşallah, maşallah
mübarəkdir, mübarəkdir
mübarəkdir, mübarəkdir

[bənd 5]
almanı atdım xarala
qaldı sarala*sarala
almanı atdım xarala
qaldı sarala*sarala
dağlarda döndüm marala

a tirmə köynək, ay sarı çəpkən
a tirmə köynək, sarı çəpkən
gəlin, haralısan?
özü göyçək, sözü göyçək
hara maralısan?

[nəqərat]
yarın bağında üzüm “əsgəri”
bağında dalında həzin səs gəlir
sağ ol gəl, var ol gəl
bir bizə mehman ol gəl
sağ ol gəl, var ol, gəl
bir bizə mehman ol, gəl

[bənd 6]
dodağına gülüş qonub
gülüşünə vurulmuşam
gülüşünə vurulmuşam
gülüşünə vurulmuşam
vurulmuşam

nə bir qüssə, nə bir kədər
ömrü, günü xoş olmuşam
ömrü, günü xoş olmuşam
ömrü, günü xoş olmuşam
xoş olmuşam

[nəqərat]
könlüm qəmi neylər?
dilim nəğmələr söylər
təki mənə bircə kəlmə
“sevirəm” de

könlüm qəmi neylər?
dilim nəğmələr söylər
təki mənə bircə kəlmə
“sevirəm” de

[bənd 7]
qara gözlər alar canım
o gözlərə vurulmuşam
o gözlərə vurulmuşam
o gözlərə vurulmuşam
vurulmuşam

inan, hər gün, hər an sənin
eşqinlə odlanmışam
eşqinlə odlanmışam
eşqinlə odlanmışam
odlanmışam

[nəqərat]
könlüm qəmi neylər?
dilim nəğmələr söylər
təki mənə bircə kəlmə
“sevirəm” de

könlüm qəmi neylər?
dilim nəğmələr söylər
təki mənə bircə kəlmə
“sevirəm” de

[bənd 8]
yoruldum, sevgilim, yol gözləməkdən
yolları gözümə düzə bilmirəm
yoruldum, sevgilim, yol gözləməkdən
yolları gözümə düzə bilmirəm

yoruldum “haradasan, tez gəl?” deməkdən
mən bu ayrılığa dözə bilmirəm
yoruldum “haradasan, tez gəl?” deməkdən
mən bu ayrılığa dözə bilmirəm

[nəqərat]
dözə bilmirəm, dözə bilmirəm
mən bu ayrılığa dözə bilmirəm
səndən ümidimi kəsə bilmirəm
qaragözlü dilbərim, şirin sözlü dilbərim
harada qaldın, gəlmədin, gülərüzlü dilbərim
qaragözlü dilbərim, şirin sözlü dilbərim
harada qaldın, gəlmədin, gülərüzlü dilbərim

[bənd 9]
sığal çəkib yenə qara telinə
süzgün*süzgün baxır hara gözlərin?
sığal çəkib yenə qara telinə
süzgün*süzgün baxır hara gözlərin?

nə olar, bir də dolanaydım başına
qurbanı olaydım ala gözlərin
nə olar, bir də dolanaydım başına
qurbanı olaydım ala gözlərin

[nəqərat]
gözlərin, gözlərin, ala gözlərin
qurbanı olaydım ala gözlərin
gözlərin, gözlərin, ala gözlərin
qurbanı olaydım ala gözlərin

[keçid]
gözlərini süzmə, gülüm
ürəyimi üzmə, gülüm
məndən ayrı gəzmə, gülüm
gəl, gözəl sevgilim

gözlərini süzmə, gülüm
ürəyimi üzmə, gülüm
məndən ayrı gəzmə, gülüm
gəl, gözəl sevgilim

[bənd 10]
araxçının məndədir, ceyran
sərmişəm, çəməndədir, ceyran
araxçının məndədir, ceyran
sərmişəm, çəməndədir, ceyran

aləm gözələ dönsə, cеyran
mənim gözüm səndədir, ceyran
aləm gözələ dönsə, ceyran
mənim gözüm səndədir, ceyran

[bənd 11]
pəncərənin milləri, mulеyli
açıb qızılgülləri, muleyli
oğlanı yoldan eylər, muleyli
qızın şirin dilləri, muleyli

[nəqərat]
a leyli, leyli, leyli, muleyli
anam səndən gileyli, gileyli
a leyli, leyli, leyli, leyli
anam səndən gileyli, muleyli

[bənd 12]
qoy mən yenə söhbət açım ilk baharımdan
nəğməm ilə bir də keçim öz diyarımdan
qoy mən yenə söhbət açım ilk baharımdan
nəğməm ilə bir də keçim öz diyarımdan…

[nəqərat]
bol bəhrəli muğan düzü
mil düzü, şirvan düzü
gəl, gəl deyir şən azərbaycan

tər gülləri şəfalıdır
göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan

[bənd 13]
el qızları düzüm*düzüm kür qırağında
min gül açır gəncəmizin hər budağında
dost elləri qarabağın dağ vüqarlıdır
gen çölləri bu torpağın xoş baharlıdır

[nəqərat]
bol bəhrəli muğan düzü
mil düzü, şirvan düzü
gəl, gəl deyir şən azərbaycan

tər gülləri şəfalıdır
göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan
hər yanı gülşən azərbaycan
hər yanı gülşən azərbaycan, hey…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...