lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu əlvida – ilqar muradov

Loading...

[bənd 1]
qopur ürəyimdən
sonuncu nida
sonuncu hıçqırıq
sonuncu nəfəs

əlvida, yalançı
dünya, əlvida
daha sənlə bir yerdə
qalmağa dəyməz

kaş ki, daş olaydım
xilqət olunca
dünyanın əşrəfi
insan yalandır

budur əzrayıl da
əli qılınclı
başımın üstünü
kəsdi dayandı

[keçid]
mən səndə nə gördüm
saysız dərd*kədər
mən səndə nə gördüm
ölüm, qan qədər
mən səndə nə gördüm
diri ölülər
əlvida, oyuncaq
dünya, əlvida

[nəqərat]
əlvida, əlvida
yabançı dünya
çökür gözlərimə
zülmət qaranlıq

əlvida, əlvida
yalançı dünya
həqiqi dünyama
yetirəm artıq

[bənd 2]
bir də 3 oğluma
köküm məvhərim
əlvida demərəm
deyə bilmərəm

qoyun boylarına
baxım son kərə
onları görməsəm
ölə bilmərəm
bir də ki, ölmədim
təbrizi gördüm
gördüm o taydakı
qardaşlarımı

ulu şəhriyartək
əzizi gördüm
tökdüm məzarına
göz yaşlarımı

[keçid]
mən səndə nə gördüm
saysız dərd*kədər
mən səndə nə gördüm
ölüm, qan qədər

mən səndə nə gördüm
diri ölülər
əlvida, oyuncaq
dünya, əlvida

[nəqərat]
əlvida, əlvida
yabançı dünya
çökür gözlərimə
zülmət qaranlıq
əlvida, əlvida
yalançı dünya
həqiqi dünyama
yetirəm artıq

[çıxış]
əlvida, yer, səma
əziz dost, həmdəm
əlvida hər şeyə
bir də hər kəsə

ölsəm də, əlvida
deyə bilmərəm
bir anam
bir də ki, nəvəm təbrizə

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...