lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu kimdir günahkar – iradə ibrahimova

Loading...

[bənd 1]
saçımda iz saldı gümüşü tellər
alıb gəncliyimi apardı yellər
arxamca boylandın, ağla – deyirlər
illərmi günahkar, sənmi, sevgilim?

[keçid]
illərlə apardın, sənsiz apardın
qoyduğun nişanlar çöhrəmdə qaldı
məhəbbətin saldı məni bu günə
de, mənmi günahkar, sənmi, sevgilim?

[bənd 2]
soyuq yatağımda yox hərarətin
sənsiz buza dönmüş, üşümüş qəlbim
sevinc qərib düşür, dönüb kədərim
sevincmi günahkar, sənmi, sevgilim?

[keçid]
illərlə apardın, sənsiz apardın
qoyduğun nişanlar çöhrəmdə qaldı
məhəbbətin saldı məni bu günə
de, mənmi günahkar, sənmi, sevgilim?

[nəqərat]
dedilər – dönəcək, dözümün olsun
qoyma gözlərimdə çiçəklər solsun
sevinc aşıb*daşsın, kədəri qovsun
kədərmi günahkar, sənmi, sevgilim?
illərmi günahkar, sənmi, sevgilim?
dedilər – dönəcək, dözümün olsun
qoyma gözlərimdə çiçəklər solsun
sevinc aşıb*daşsın, kədəri qovsun
kədərmi günahkar, sənmi, sevgilim?
illərmi günahkar, sənmi, sevgilim?

illərmi günahkar, sənmi, sevgilim?
kədərmi günahkar, sənmi, sevgilim?
de, mənmi günahkar, sənmi, sevgilim?

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...