lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qəlbimdəsən – iradə ibrahimova

Loading...

[bənd 1]
yorulmaram, min yol desəm
“gözəllərin gözəlisən”
təravətin solsa belə
yenə mənim qəlbimdəsən

tale məndən üz çevirsə
aramıza sipər çəksə
həyatıma qəsd eyləsə
can bir cisim, ruh əbədi
sən ruhumun eşq məbədi
ölüm demək heç bir nədir

[nəqərat]
qərinələr ötsə belə
neçə illər keçsə belə
hicran məni üzsə yenə
mənim qəlbimdəsən

neçə gözəl görsəm belə
neçə eşqə düşsəm yenə
səndən gözəl olsa kimsə
yenə mənim, yenə mənim qəlbimdəsən
yenə də sən…

[bənd 2]
yanılmaram, əgər desəm
“eşq dünyamın əzəlisən”
illər boyu görməsəm də
yenə mənim qəlbimdəsən
tale məndən üz çevirsə
aramıza sipər çəksə
həyatıma qəsd eyləsə
qorxum yox ki, ölüm haqdır
can çıxsa da, ruh yaşayır
bir halda ki, ruhum sağdır…

[nəqərat]
qərinələr ötsə belə
neçə illər keçsə belə
hicran məni üzsə yenə
mənim qəlbimdəsən

neçə gözəl görsəm belə
neçə eşqə düşsəm yenə
səndən gözəl olsa kimsə
yenə mənim, yenə mənim qəlbimdəsən
yenə də sən…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...