lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu aygün – islama abdullayeva

Loading...

mən indi bildim ki, ürəyim acdır
elə bil çörəyə, suya möhtacdır
məhəbbət əbədi bir ehtiyacdır
mənim də dünyada sevənim varmı?
ah…
mənim də dünyada sevənim varmı?

doğrudur, insanlar mənə əl çalır
ancaq səadətim yarımçıq qalır
dağlarda eşq ilə qalxıb ucalır
eşqisiz bir bahar, deyin baharmı?
hanı saçlarımı oxşayan bir əl
bir mehriban nəfəs, bir isti əməl?
gəl, ey məhəbbətim müjdəsi, tez gəl!
məni düşündürən bu arzularmı?
ah…
məni düşündürən bu arzularmı?…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...