lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sonum olacaq – javid amir

Loading...

[bənd 1]
anlamıram səni, dönmə yenə
səhvinə göz yumdum bilə*bilə
son verirəm bütün ağrılara
məhv edirəm səni, əfv yerinə
o ən sevdiyin oyuncaq mən deyiləm
nə də ki gedişinə görə olmaram deyinən
axı necə olur hər şey belə dəyişir? (dəyişir)
axı denən mənim sənlə nə işim? (nə işim)
səndən üz çevirirəm, amma mən bağlanıram
“bəlkə sevər?” deyə düşünüb mən aldanıram
dəlicəsinə dəyər verirəm, anlamadan
ona görə də sonda yenə mən tək qalıram
hər şeyin səbəbi kimi yalnız səni görürəm
səndən fərqli olaraq olmadım bizi bitirən
bu yol ikimizi də aparır tək seçimə
bu dəfə məğlub olmamaq üçün yan keçirəm (mən)
[nəqərat]
istəmədən özü mənə yanaşır
deyir: “axı necə danışaq?”
istəmədən hisslərimə qarışır
o, mənim sonum olacaq

istəmədən özü mənə yanaşır
deyir: “axı necə danışaq?”
istəmədən hisslərimə qarışır
o, mənim sonum olacaq

[bənd 2]
unutmaq istəyirəm, çıxırsan qarşıma
heç düşünmədim ki, gələcəksən ağlıma
məni çağırırsan, məlhəm olum ağrına
gecə yuxularına qonağam, qarşıla
təmiz itib inamım və bir də necə inanım?
bəzən yazmaq istəyirəm, görən, necədir halın?
sənlə bağlı xəyallarımıydı mənim dayağım
indi yoxluğuna tutunuram özüm dayanıb

artıq yox gücüm qalmayıb taqətim
qırıq ümidləri birləşdirmək adətin
sənin varlığın yoxluğundan çətin
bizim üstümüzdən yox elə bu lənəti
artıq yox gücüm qalmayıb taqətim
qırıq ümidləri birləşdirmək adətin
sənin varlığın yoxluğundan daha çətin
bizim üstümüzdən yox elə bu lənəti (sən)

[nəqərat]
istəmədən özü mənə yanaşır
deyir: “axı necə danışaq?”
istəmədən hisslərimə qarışır
o, mənim sonum olacaq

istəmədən özü mənə yanaşır
deyir: “axı necə danışaq?”
istəmədən hisslərimə qarışır
o, mənim sonum olacaq

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...