lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu təqvim – javid

Loading...

[bənd 1]
mən yağışların dam vuran səsi
sevən ürəyin bir nümunəsi
qatardan uzaqlaşan bir insanın
‘’xudahafiz, gedirəm’’ deyən kəlməsi

mən səhvlərimin dərzisiyəm, bil
ilin son ayımın həftəsiyəm, bil
açdığım kitabların ən həssas məqamları
sonunda yazılan səhnəsiyəm, bil

[nəqərat]
sənsiz bu şəhərin də gözəlliyi
görünmür gözümə
bir bilsən, çətindir
sənsizliyə sadəcə dözürəm
dinlədiyim mahnıların
sözlərində ürəyə süzülən
həsrət var, sevgilim
bu həsrətli günlərimi
bir*bir yazıb təqvimə düzürəm

[bənd 2]
şairə bir söz dedi, getdi
gördüm onu, gözlər dolu getdi
istədim ki isti qollara almaq
alov söndü daha, kül oldu, getdi
mən ağacların kölgəsiyəm, bil
hördüyün saçların hörgüsüyəm, bil
səni gözlədiyim uzun yolların
hər nöqtəsi, hər döngəsiyəm, bil

[nəqərat]
sənsiz bu şəhərin də gözəlliyi
görünmür gözümə
bir bilsən, çətindir
sənsizliyə sadəcə dözürəm
dinlədiyim mahnıların
sözlərində ürəyə süzülən
həsrət var, sevgilim
bu həsrətli günlərimi
bir*bir yazıb təqvimə düzürəm

sənsiz bu şəhərin də gözəlliyi
görünmür gözümə
bir bilsən, çətindir
sənsizliyə sadəcə dözürəm
dinlədiyim mahnıların
sözlərində ürəyə süzülən
həsrət var, sevgilim
bu həsrətli günlərimi
bir*bir yazıb təqvimə düzürəm

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...