lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu karma – melan məhər

Loading...

[giriş]
hər zaman insanları fikirləşmişəm
artıq bitdi…
onların yaxşılığını
yoruldum…
insanlar daima öz mənafeləri uğruna yaşadıqları dünyanı məhv eləyiblər
amma bir gün anladım ki həyat çox zalımdır
onlar buna dəymir
biz həmişə tanrını günahlandırmışıq
nələr hiss etdiyimi anlaya bilməyəcəksən heç vaxt
ancaq o bizdən üz döndərib
müharibə yaxşı bir şey deyil
boğazına bıçaq dirəyənə sülhdən danışa bilmərsən
və indi*indi anlayırıq ki, əsl səbəbkarlar həmişə biz olmuşuq

[nəqərat]
söndürüb hər gecə bu dünyanı yan keçək
düşünmədən saat neçə, içindən necə keçirsə
sadəcə ömrümün yaşın içirsən
dolaşıq ayağım eyni daşa keçir sərt

hər gecə bu dünyanı yan keçək
düşünmədən saat neçə, içindən necə keçirsə
sadəcə ömrümün yaşın içirsən
dolaşıq ayağım eyni daşa keçir sərt
[bənd 1]
karma…
qarışıq düşüncələrdən qaç qurtul, qalma yanımda
onsuz da həyatım bir otaqdır
ağzına qədər kədər dolub yer qalmır
daha şeirlər yarımçıqdır, yox ardı
yazmaqdan mürəkkəb qurtarıb, dərd qurtarmır
buz tutub körpələrin yanağı qızarmır
onlara tuşlanan mərmini mən tutardım, olsaydım tanrı
qəlbi yaralı belə yaşamaq olmaz
durur tanrı aralı, çəkmir başıma sığal
deyir: “yaşamaq sınaq, amma daş olsa sınar”
belimə aldığım yükü mənlə daşısan olar mı?

ja ja
əlində nə varsa gedir, bir sevgi qalır dünyaya
məni mən edən bir evdir başıma tac “o”, mən dayaq
söykən ulduzlu aya, bürünüb bayrağa həya
düşmən edəndə fəryad ancaq yüksəklərdə dayan

[nəqərat]
söndürüb hər gecə bu dünyanı yan keçək
düşünmədən saat neçə, içindən necə keçirsə
sadəcə ömrümün yaşın içirsən
dolaşıq ayağım eyni daşa keçir sərt
hər gecə bu dünyanı yan keçək
düşünmədən saat neçə, içindən necə keçirsə
sadəcə ömrümün yaşın içirsən
dolaşıq ayağım еyni daşa keçir sərt

[bənd 2]
bu günə qədər, tutub qabar əlim, baxışım kədər
düşüb yollara ayaqlarım ötürər məni olmaq istədiyim o yerlərə
deyəsən artıq çatmışam mən yеni hədəfə

biz bunu elədik, amma deyil qələbə
çox çəkdik biz keçmişdə, ancaq verir hələ də
bilmir mary tələdir gedir ona tərəfə
uçuruma itələdi, tələf oldu mərifət

indi melan çıxarlı təriflərə nifrət edir
(ja, ja) getdiyim bu yolun sonu bəllidir
fələk öz saydığın saysın, mənə fərq etmir
oyaqdır vicdanımız, qoymur ölsün qəlbimiz

[nəqərat]
söndürüb hər gecə bu dünyanı yan keçək
düşünmədən saat neçə, içindən necə keçirsə
sadəcə ömrümün yaşın içirsən
dolaşıq ayağım eyni daşa keçir sərt
hər gecə bu dünyanı yan keçək
düşünmədən saat neçə, içindən necə keçirsə
sadəcə ömrümün yaşın içirsən
dolaşıq ayağım eyni daşa keçir sərt

[çıxış]
xatırlayırsan mənə bir söz demişdin
“biz yazılmış taleləri oynayırıq”
və mən bunu inkar eləmişdim
ölmək istəmirəm

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...