lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu inanmıram mən – mikail rafiyev

Loading...

[bənd 1]
çapıb öz atını ağatlı getdi
atları şimşəkdən qanadlı getdi
uşaq yaddaşımı qanatdı, getdi
daha nağıllara inanmıram mən

nənəmin inamı, dərdli nağıllar
namərdə aldatdı mərdi nağıllar
bizi yuxulara verdi nağıllar
daha nağıllara inanmıram mən

[keçid]
uşaq ovutmağa bir noğul idi
sözlərdə yaşayan bir ağıl idi
yaxşı adamlar da bir nağıl idi
daha nağıllara inanmıram mən

uşaq ovutmağa bir noğul idi
sözlərdə yaşayan bir ağıl idi
yaxşı adamlar da bir nağıl idi
daha nağıllara inanmıram mən

[nəqərat]
“sim*sim”i sözlə yox, zorla açdılar
tilsimi min cürə yolla açdılar
him*cimi möhürlü qolla açdılar
daha nağıllara inanmıram mən
“sim*sim”i sözlə yox, zorla açdılar
tilsimi min cürə yolla açdılar
him*cimi möhürlü qolla açdılar
daha nağıllara inanmıram mən

[bənd 2]
fatmalar ayağı kəndirdə qalmır
xəmirimiz küt gedir, təndirdə qalmır
qarğalar tülküyə daha aldanmır
daha nağıllara inanmıram mən

acı həqiqətlər bal dadır indi
arısı olmayan bal satır indi
keçəli saçlılar aldadır indi
daha nağıllara inanmıram mən

[keçid]
uşaq ovutmağa bir noğul idi
sözlərdə yaşayan bir ağıl idi
yaxşı adamlar da bir nağıl idi
daha nağıllara inanmıram mən

elə yuxularda atlar kişnədi
divləri qazana saldım, bişmədi
gözlədim, göylərdən alma düşmədi
daha nağıllara inanmıram mən
[nəqərat]
“sim*sim”i sözlə yox, zorla açdılar
tilsimi min cürə yolla açdılar
him*cimi möhürlü qolla açdılar
daha nağıllara inanmıram mən

“sim*sim”i sözlə yox, zorla açdılar
tilsimi min cürə yolla açdılar
him*cimi möhürlü qolla açdılar
daha nağıllara inanmıram mən

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...