lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ən gözəl bəzək – mirələm mirələmov

Loading...

[bənd 1]
həyata gələndə elə ilk gündən
doğuldum dünyada, sanki, yenidən
qoxlayıb ətrini qollarında mən
gəlirdi cənnətin qoxusu səndən

daha gözəl oldu həyat səninlə
gəzməyi öyrəndik tutub əl*ələ
ilk dəfə deyəndə “ata və ana”
bizi xoşbəxt etdin körpə səsinlə

[nəqərat]
sən ömrümüzə ən gözəl bəzək
sanki, göydən yerə enibdir mələk
tanrı taleyini etsin də gözəl
daim dilimizdə bu dilək

allah verdi səntək övlad bizə pay
bu elə sevincdir, olmaz ona tay
gəldin ailəmizə sən sultan kimi
yaradıb sevgidən qəlblərdə saray

[bənd 2]
gecələri anan yuxusuz qaldı
laylalar deyərək səni oxşadı
yorulmaq bilmədi çünki mələyim
canından əzizdir ona övladı
babanın, nənənin sevimlisisən
səninlə vaxtları keçir daim şən
nazını çəkirlər heç yorulmadan
onlara övladdan daha şirinsən

[nəqərat]
sən ömrümüzə gözəl bəzək
sanki, göydən yerə enibdir mələk
tanrı taleyini etsin də gözəl
daim dilimizdə bu dilək

allah verdi səntək övlad bizə pay
bu elə sevincdir, olmaz ona tay
gəldin ailəmizə sən sultan kimi
yaradıb sevgidən qəlblərdə saray

sən ömrümüzə gözəl bəzək
sanki, göydən yerə enibdir mələk
tanrı taleyini etsin də gözəl
daim dilimizdə bu dilək

allah verdi səntək övlad bizə pay
bu elə sevincdir, olmaz ona tay
gəldin ailəmizə sən sultan kimi
yaradıb sevgidən qəlblərdə saray

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...