lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qubernator bağı – miri yusif

Loading...

[bənd 1]
sanki külək kimi xəstəlik
toxunur, üşüdür məni
sanki səsləri eşitdim
qorxudur, susdurur məni

dünən gülən bu üzüm, bu gün
yalvarır, ağladır məni
sanki kədər mən idim
sevinc qınayır məni

qəribə baxdı üzlər
gülən süni simalar
mən ki, dəli deyiləm
baxışlarda hər məna

[keçid]
bu gün mən ayağa qalxdım
yaşamaq istəyi ilə
bu gün xəstəyəm dedim
sağalmaq diləyi ilə…

[nəqərat]
o… qəlbim badə, sevgim şərab
mən bu gün sərxoşam, mən sərxoşam canımla
tək oturmuşam qubernator bağında
bu şəhərdə tənhayam, tənhalar parkında
o… qəlbim badə, sevgim şərab
mən bu gün sərxoşam, mən sərxoşam canımla
tək oturmuşam qubernator bağında
bu şəhərdə tənhayam, tənhalar parkında

[bənd 2]
içimdə narın yağış
çöldən gün qızdırır məni
həyatın hər anında
yalanlar coşdurur məni

hava limanım bağlı
təmirdə təyyarələr
yaxınların içində
aldanmış özgəyəm mən

aramız çox ümidsiz
ölkələr və kölgələr
hər günüm adi, duzsuz
arzular mənə söykənər

[keçid]
bu gün mən ayağa qalxdım
yaşamaq istəyi ilə
bu gün xəstəyəm dedim
sağalmaq diləyi ilə…
[nəqərat]
o… qəlbim badə, sevgim şərab
mən bu gün sərxoşam, mən sərxoşam canımla
tək oturmuşam qubernator bağında
bu şəhərdə tənhayam, tənhalar parkında

o… qəlbim badə, sevgim şərab
mən bu gün sərxoşam, mən sərxoşam canımla
tək oturmuşam qubernator bağında
bu şəhərdə tənhayam, tənhalar parkında

[keçid]
“heyyo”, hamı “heyyo”
hamı birlikdə
mən bu gün sərxoşam

“heyyo”, hamı “heyyo”
hamı birlikdə
mən bu gün sərxoşam

[nəqərat]
o… qəlbim badə, sevgim şərab
mən bu gün sərxoşam, mən sərxoşam canımla
tək oturmuşam qubernator bağında
bu şəhərdə tənhayam, tənhalar parkında

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...