lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ruzigar – miri yusif

Loading...

ruzigar lyrics
[bənd 1]
gecikmiş sevginin baharı nədən
payıza bənzəyir, qışa bənzəyir?
dilindən çıxan sevinclə hər kəlmə
gözdən süzülən yaşa bənzəyir?

əllərin toxunmur göyün üzünə
ürəyin alışır, baxmır sözünə
anlayış umursan özün özünə
kimsə anlamır, boşa bənzəyir

[nəqərat]
adım ruzigar
sənə tərəf əsmişəm tanrıdan yadigar
bu dünyada bir tək ölümə çarə yox

adım ruzigar
sənə tərəf əsmişəm tanrıdan yadigar
bu dünyada bir tək ölümə çarə yox

[bənd 2]
pəncərəni yuyur nakam yağışlar
damlalar ömürdən yaşa bənzəyir
arxanca zillənən haqsız baxışlar
birdən atılan daşa bənzəyir
sevirsən duymadan doğmanı, yadı
taleyin kimsədən imdad ummadı
bu sevgi o qədər asan olmadı
qanadı qırılmış quşa bənzəyir

[nəqərat]
adım ruzigar
sənə tərəf əsmişəm tanrıdan yadigar
bu dünyada bir tək ölümə çarə yox

adım ruzigar
sənə tərəf əsmişəm tanrıdan yadigar
bu dünyada bir tək ölümə çarə yox

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...