lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ikimizin yerinə – mirzə babayev

Loading...

[bənd 1]
bu sevgidən sən qorxursan, eybi yox
mən sevirəm ikimizin yerinə
bu eşq üçün bir gün dara çəksələr
mən gedərəm ikimizin yerinə
bu eşq üçün bir gün dara çəksələr
mən gedərəm ikimizin yerinə

[nəqərat]
min əzabdır sənsiz keçən hər günüm
unutmuşam yaxşı*yaman fərqini
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə

[bənd 2]
“gül” deyirəm, gül qəlbinə dəyirəm
mən səninçün tanrı yazan şeirəm
“dodaqların inciməsin” deyirəm
mən öpərəm ikimizin yerinə
‘’dodaqların inciməsin’’ deyirəm
mən öpərəm ikimizin yerinə

[nəqərat]
min əzabdır sənsiz keçən hər günüm
unutmuşam yaxşı*yaman fərqini
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə
[bənd 3]
taleyimdə sən açılan gülümsən
süzüb qara gözlərini gülümsə
bu sevginin sonu əgər ölümsə
mən ölərəm ikimizin yerinə
bu sevginin sonu əgər ölümsə
mən ölərəm ikimizin yerinə

[çıxış]
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...