lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu saxlayın gedən qatarı – mirzə babayev

Loading...

[bənd 1]
bu qatar vüsaldan həsrətə gedir
vətən ürəyimdən qürbətə gedir
deyəsən, ayrı bir qismətə gedir
nə olar, saxlayın gedən qatarı

gülüşü aparır, göz yaşım qalır
ürəyim boşalır, gözlərim dolur
bu qatar ayrılıq havası çalır
nə olar, saxlayın gedən qatarı
nə olar, saxlayın gedən qatarı

[bənd 2]
zamanı doğrayıb biçir bu qatar
sevgimin üstündən keçir bu qatar
mənim göz yaşımı içir bu qatar
nə olar, saxlayın gedən qatarı

yüyürsəm, çağırsam, çata bilmərəm
qəlbimdən qoparıb ata bilmərəm
getdinmi, bir daha tuta bilmərəm
nə olar, saxlayın gedən qatarı
nə olar, saxlayın gedən qatarı

[bənd 3]
mənim baharımı aparıb gedir
əlini əlimdən qoparıb gedir
qoymayın, yarımı aparım gedir
yalvarıram, nə olar, saxlayın gedən qatarı
yüyürsəm, çağırsam, çata bilmərəm
qəlbimdən qoparıb ata bilmərəm
getdinmi, bir daha tuta bilmərəm
nə olar, saxlayın gedən qatarı
nə olar, saxlayın gedən qatarı

[çıxış]
o getdi, qoymayın
yalvarıram sizə, bir də yalvarıram
saxlayın qatarı, saxlayın qatarı
axı mən yalvarıram
saxlayın qatarı, saxlayın qatarı

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...