
uzaq yaşıl ada - mirzə babayev lyrics
[bənd 1]
ürəyim yol çəkir bir gözə dönüb
yollar da tərs kimi uzanıb, gülüm
yuxumdan hər gecə durnalar keçir
bilmirəm, nolub, haradan bilim?
belə getsə, sınar quşların səsi
dənizin də səsi günbəgün batar
yubanma, əzizim, gəl qurtar məni
ürəyim qanadlar üstündə yatar
[nəqərat]
halıma yanan gərək səsin düşəndə yada
ötən günləri qoru, yaxşı bax, vermə bada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
[bənd 2]
tez ol, xəbər yolla, görüm, necəsən?
gözlərin necədir, gülüşün necə?
yaman darıxmışam mən səndən ötrü
barı bir soraq ver özün gəlincə
yerini bilmirəm, bilsəm, gələrəm
könlünü alaram, sevərəm yenə
xəzərin üstündən qalxan dumana
qara şanı büküb gətirrəm sənə
[nəqərat]
halıma yanan gərək səsin düşəndə yada
ötən günləri qoru, yaxşı bax, vermə bada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
Random Song Lyrics :
- loco x tu cuerpo - ysy a, oniria & lara91k lyrics
- sublime transição - arcana flame lyrics
- bloom. - girlfrompluto lyrics
- 75 - dim lewko lyrics
- it comes from somewhere - catherine corelli lyrics
- the flowers of sadism - vitriol lyrics
- me & you - slimey tay lyrics
- yanosé :/ - felipe de lira lyrics
- pushing rafts - outlier [a e x o zz] lyrics
- adrenochrome (proposal to the hip hop alliance) - demonte moorehead lyrics