lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu aşıq popurrisi 1 – murad arif

Loading...

aşıq popurrisi 1 lyrics
nə qaldı?
[bənd 1]
yığdım bu dünyanın malın, dövlətin
əllini aşırdım, yüzə nə qaldı?
ayaq getdi, əl gətirdi, diş yedi
ayaq getdi, əl gətirdi, diş yedi
baxmaqdan savayı, gözə nə qaldı?

[nəqərat]
nə qaldı, kimə qaldı?
baxmaqdan savayı gözə nə qaldı?
nə qaldı, kimə qaldı?
baxmaqdan savayı gözə nə qaldı?

[bənd 2]
ölüm haqqdır, çıxmaq olmaz əmrdən
ipək tora halqa salma dəmirdən
aydır, gündür, gəlib keçir ömürdən
aydır, gündür, gəlib keçir ömürdən
tələsirik, görən, yaza nə qаldı?

[nəqərat]
nə qaldı, nə qaldı?
sındı telli sazım, tazə nə qaldı?
nə qaldı, nə qaldı?
tələsirik, görən, yaza nə qаldı?
muleyli
[bənd 1]
pəncərənin milləri, muleyli
açıb qızılgülləri muleyli
oğlanı yoldan eylər muleyli
qızın şirin dilləri, muleyli

oğlanı yoldan eylər muleyli
qızın şirin dilləri, muleyli

[nəqərat]
ay muleyli, muleyli, muleyli
könlüm səndən gileyli, muleyli

[bənd 2]
pəncərəni bağlama, muleyli
mən gedirəm, ağlama, muleyli
gedib yenə gələrəm, muleyli
özgəyə bel bağlama, muleyli

gedib yenə gələrəm, muleyli
özgəyə bel bağlama, muleyli

[nəqərat]
ay muleyli, muleyli, muleyli
könlüm səndən gileyli, muleyli
kəndimiz
[bənd 1]
saz götürüb dastan yazım hüsnünə
saz götürüb dastan yazım hüsnünə
bahar güllərindən təzə kəndimiz
bahar güllərindən təzə kəndimiz

güllü yaylaqları, meyvə bağları
güllü yaylaqları, meyvə bağları
nə qəşəngdir, nə gözəldir kəndimiz
nə qəşəngdir, nə gözəldir kəndimiz

[nəqərat]
kəndimiz, kəndimiz, kəndimiz
almalı, heyvalı, narlı kəndimiz
hər şeydən əzizdir bizə kəndimiz

gəncədən fayton gəlir
[bənd 1]
gəncədən fayton gəlir
ay aman, aman, aman
ay fayton gəlir

atları yorğun gəlir
ay aman, aman, aman
ay fayton gəlir
gəncədən fayton gəlir
ay aman, aman, aman
ay yorğun gəlir

atları yorğun gəlir
ay aman, aman, aman
ay yorğun gəlir

[nəqərat]
sarı köynək, sarı çəpkən, badamı göz gəlir
sarı köynək, sarı çəpkən, badamı göz gəlir
sarı köynək, sarı çəpkən, badamı göz gəlir
sarı köynək, sarı çəpkən, badamı göz gəlir

al da birdir
[bənd 1]
kub yaraşır nazlı yara
ağ üstündən geysə qara
əsli göyçək olanlara
əsli, nəsli olanlara

[nəqərat]
al da birdir, şal da birdir
al da birdir, şal da birdir
al da birdir, şal da birdir
al da birdir, şal da birdir

[bənd 2]
bülbül kimi ötmək üçün
vüsalına yetmək üçün
yar yanına getmək üçün
yar yanına getmək üçün

[nəqərat]
yol da birdir, kol da birdir
yol da birdir, kol da birdir
yol da birdir, kol da birdir
yol da birdir, kol da birdir

a dağlar
[bənd 1]
əzizim, görəm səni
istərəm, görəm səni
əzizim, görəm səni
istərəm, görəm səni

xəyalınla yatıram
yuxumda görəm səni
xəyalınla yatıram
yuxumda görəm səni

[nəqərat]
a dağlar, a dağlar
qəlbim sənsiz qan ağlar
a dağlar, a dağlar
könlüm səni soraqlar

şirvan şikəstəsi
[bənd 1]
narçiçəyin rəngi var yanağında
qızılgülün ətri tər buxağında
narçiçəyin rəngi var yanağında
qızılgülün ətri tər buxağında

dağ havası gəzir bal dodağında
dağ havası gəzir bal dodağında

[nəqərat]
nə gözəldir gözəlləri şirvanın
vəfalıdır gözəlləri şirvanın
nə gözəldir gözəlləri şirvanın
vəfalıdır gözəlləri şirvanın

qarabağ torpağındadır
[bənd 1]
könlüm intizarda deyil
qəlbim ahuzarda deyil
cənnət uzaqlarda deyil
cənnət uzaqlarda deyil

[nəqərat]
qarabağ torpağındadır
qarabağ torpağındadır
qarabağ torpağındadır
qarabağ torpağındadır

[bənd 2]
yeyib, içək, deyək, gülək
həmişə toylara gələk
halal süfrə, halal çörək

[nəqərat]
azəri torpağındadır
azəri torpağındadır
azəri torpağındadır
yurdumun torpağındadır
mənim öz torpağımdadır
azəri torpağındadır
azəri torpağındadır

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...