lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu xatirələr – nəsimi məmmədov

Loading...

[bənd 1]
baxıram bəzən keçmişə
illərin həsrətindəyəm
qədim, köhnə dalanların
yolların həsrətindəyəm

[keçid]
o yollar məni aparaydı kaş
uşaqlıq çağlarıma
saf gülüşlərim qonaydı yenə
körpə dodaqlarıma

o yollar məni aparaydı kaş
uşaqlıq çağlarıma
saf gülüşlərim qonaydı yenə
körpə dodaqlarıma

məktəb illəri, çiynimdə çanta
yelləyərək qolları
gedərdim səhər, gələrdim gündüz
hər gün eyni yolları

məktəb illəri, çiynimdə çanta
yelləyərək qolları
gedərdim səhər, gələrdim gündüz
hər gün eyni yolları
[nəqərat]
haradasan, ey uşaqlığım?
nə olar qayıt mənə
toxunum sənə, sarılım sənə
böyüyüm səninlə yenə

haradasan, ey uşaqlığım?
nə olar qayıt mənə
toxunum sənə, sarılım sənə
böyüyüm səninlə yenə

[bənd 2]
ürəyimdəki arzular
közərərdi hər gün tək*tək
belə tez ötüb keçməzdi
gözəl illər, aylar gərək

ata qayğısı, ana laylası
bürünəydi qəlbimə
yadıma düşür həmən doğma ev
hər baxanda təqvimə

ata qayğısı, ana laylası
bürünəydi qəlbimə
yadıma düşür həmən doğma ev
hər baxanda təqvimə
[keçid]
bu yollar məni aparaydı kaş
uşaqlıq çağlarıma
saf gülüşlərim qonaydı yenə
körpə dodaqlarıma

bu yollar məni aparaydı kaş
uşaqlıq çağlarıma
saf gülüşlərim qonaydı yenə
körpə dodaqlarıma

[nəqərat]
haradasan, ey uşaqlığım?
nə olar qayıt mənə
toxunum sənə, sarılım sənə
böyüyüm səninlə yenə

haradasan, ey uşaqlığım?
nə olar qayıt mənə
toxunum sənə, sarılım sənə
böyüyüm səninlə yenə
toxunum sənə, sarılım sənə
böyüyüm səninlə yenə

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...