lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu doya bilmirəm – nadir qafarzadə

Loading...

[bənd 1]
açan çiçəklərin zərifliyindən
vüqarlı dağların zirvəliyindən
doğma musiqimin incəliyindən
gözəl nəğmələrdən doya bilmirəm

göylərdə buludlar axıb gedəndə
mələklər oynayıb yerə enəndə
ağaclar baş əyib dua edəndə
göylərin özündən doya bilmirəm

[nəqərat]
ulduzlar gecələr parlaq olanda
ay da pəncərəmə işıq salanda
tanrıma əl tutub mən yalvaranda
asiman gücündən doya bilmirəm

göylər əl uzadıb aparar, aparar məni
yerin ağ üzündən qoparar, qoparar məni
xəyalım dolanıb oyadar məni
şirin röyalardan doya bilmirəm
xəyalım dolanıb oyadar məni
şirin röyalardan doya bilmirəm

[bənd 2]
arzular sonsuz, xəyallar sonsuz
bir insan ürəyi yaşamaz bunsuz
bu fani dünya olmaz sonsuz
gözəl arzulardan doya bilmirəm
səhərlər bülbülün xoş nəğməsindən
ətirli bağların yaz nəfəsindən
axan suların tər çeşməsindən
belə gözəllikdən doya bilmirəm

[nəqərat]
ulduzlar gecələr parlaq olanda
ay da pəncərəmə işıq salanda
tanrıma əl tutub mən yalvaranda
asiman gücündən doya bilmirəm

göylər əl uzadıb aparar, aparar məni
yerin ağ üzündən qoparar, qoparar məni
xəyalım dolanıb oyadar məni
şirin röyalardan doya bilmirəm
xəyalım dolanıb oyadar məni
şirin röyalardan doya bilmirəm

ax, xəyalım dolanıb oyadar məni
şirin röyalardan doya bilmirəm
xəyalım dolanıb oyadar məni
eh, şirin röyalardan doya bilmirəm

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...