lirik lagu məni candan usandırdı (füzuli kantatası) – nadir qafarzadə
[bənd 1]
məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?
fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
muradım şəmi yanmazmı?
(fələklər yandı ahimdən, muradım şəmi yanmaz
şəmi yanmazmı?)
[bənd 2]
qəmu bimarinə canan dəvayi*dərd edər ehsan
neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
qəmim pünhan tutardım mən
(qəmim pünhan tutardım mən)
dedilər yarə qıl rövşən
desəm, ol bivəfa bil mən, inanarmı, inanmazmı?
inanarmı, inanmazmı?
[bənd 3]
(şəbi*hicran yanar canım, tökər qan çeşmi*giryanım
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?)
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
[bənd 4]
güli*rüsxarinə qarşı gözümdən qanlı axar, qanlı axar su
həbibim, fəsli*güldür bu, axar sular bulanmazmı?
axar sular bulanmazmı?
(həbibim, fəsli*güldür bu, axar sular bulanmazmı?
axar sular bulanmazmı?)
[bənd 5]
degildim mən sənə mail, sən etdin əqlimi zail
mənə tən eyləyən qafil səni görcək utanmazmı?
füzuli rindü şeydadır
(füzuli rindü şeydadır)
həmişə xəlqə rüsvadır
sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
bu sevdadan usanmazmı?
(sorun kim, bu nə sevdadır, nə sevdadır)
bu sevdadan usanmazmı?
lirik lagu lainnya :
- kumpulan lirik lagu airbag banda argentina › lirik lagu sacrificios – airbag (banda argentina)
- kumpulan lirik lagu bedroom universe › lirik lagu it’s summer but i’m still cold – bedroom universe
- kumpulan lirik lagu мот mot › lirik lagu для своих (dlya svoih) – мот (mot)
- kumpulan lirik lagu h matzy › lirik lagu confession – h-matzy
- kumpulan lirik lagu hovey benjamin › lirik lagu send bobs – hovey benjamin
- kumpulan lirik lagu lime cordiale › lirik lagu feel alright – lime cordiale
- kumpulan lirik lagu merk la familia › lirik lagu how many times – merk la familia
- kumpulan lirik lagu corona › lirik lagu umpanjezapunje – corona
- kumpulan lirik lagu emma stevens › lirik lagu achilles heel – emma stevens
- kumpulan lirik lagu lua ferder › lirik lagu tapar tu boca – lua ferder