lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu can azərbaycan – namiq zeynalov

Loading...

[bənd 1]
qorxutdu düşməni hünər meydanı
dünyaya yayıldı şöhrətin, şanın
ruhunu şad etdin öz zəfərinlə
sən vətən yolunda şəhid olanın

əhsən, igid oğul, ey qoçaq əsgər
bizlərə bəxş etdin möhtəşəm zəfər
haqqın uğurundakı hər cür savaşda
allah səni etsin daim müzəffər

[nəqərat]
nə qədər bədəndə yaşayarsa can
düşməz dilimizdən can azərbaycan
hazırıq hamımız istənilən an
yurda göz dikəni etməyə peşman

[bənd 2]
əsgərim, çevirdin sanki zamanı
düşmənə yaşatdın biz yaşayanı
savaşa girərək öz mərdliyinlə
tanıtdın sən bizə dostu, yamanı

düşmən, uydurduğun tarix yalandır
bu artıq dünyaya tamam bəyandır
mənfur niyyətindən əl çəkib sən də
susma, de: ‘’qarabağ azərbaycandır’’
[nəqərat]
nə qədər bədəndə yaşayarsa can
düşməz dilimizdən can azərbaycan
hazırıq hamımız istənilən an
yurda göz dikəni etməyə peşman

[keçid]
düşmənin qorxutmur topu, silahı
türkə bəs edər böyük allahı
türkün yerdə qalmaz tökülən qanı
silahdan güclüdür onun imanı

[nəqərat]
nə qədər bədəndə yaşayarsa can
düşməz dilimizdən can azərbaycan
hazırıq hamımız istənilən an
yurda göz dikəni etməyə peşman

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...