lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu faytonçu – nazim faytonçu

Loading...

[bənd 1]
haradadır bakımızın o köhnə küçələri
fayton dolaşan döngələri?
faytonçunu gəzirəm, axtarıram hey onu
görüb deyim, saxla faytonu

deyim ona, sür yenə öz köhnə bakımıza
qayıt o gənclik vaxtımıza
köhnə dostum, tələsmə, yox daha o dost*tanış
darıxmışam, bakıdan danış

[nəqərat]
faytonçu, yadındamı bakımızın bulvarı
kafe sadkosu, gilavarı?
de, görüm, yadındamı necə hər axşam çağı
qaynayar malakan bağı?

faytonçu, yuxu kimi gəlir mənə o günlər
nə tez uçdu ömürdən illər
faytonçu, yuxu kimi gəlir mənə o günlər
nə tez uçdu ömürdən illər

[bənd 2]
haradadır bakımız o köhnə faytonları
bir də o illərin dostları?
məhləmizdən keçəndə səsləyərdik biz onu
‘’ey faytonçu, saxla faytonu’’
sürdürərdik bulvara, basinə, çadrovıya
oradan enərdik tarqovıya
küçələrdə uşaqlar qaçardı ayaqyalın
arxasınca o faytonların

[nəqərat]
faytonçu, yadındamı bakımızın bulvarı
kafe sadkosu, gilavarı?
de, görüm, yadındamı necə hər axşam çağı
qaynayar malakan bağı?

faytonçu, yuxu kimi gəlir mənə o günlər
nə tez uçdu ömürdən illər
faytonçu, yuxu kimi gəlir mənə o günlər
nə tez uçdu ömürdən illər

faytonçu yadındamı bakının kubinkası
adlı*sanlı şamaxinkası
de, görüm, yadındamı sovetskinin tramvayı
minib*düşərdik pulsuz, havayı

[keçid]
faytonçu, qovma dostumu
asta*asta bir az sür
onsuz da ömürdən illər ötür
ömrümüzün faytonu aparsa da bizləri
keçmişimizin qalıb izləri
[nəqərat]
faytonçu, yuxu kimi gəlir mənə o günlər
nə tez uçdu ömürdən illər
faytonçu, yuxu kimi gəlir mənə o günlər
nə tez uçdu ömürdən illər

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...