lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yağış – nazim faytonçu

Loading...

[bənd 1]
yağış yağır bu şəhərə
gör nə gözəl bir gecədir
bir sən, bir mən bu şəhərdə
bir də yağışlı gecədir

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

[bənd 2]
bu gün göylər nəğmə deyir
ürəyində sözü varmış
bu məhəbbət nəğməsini
görən, haradan bilir yağış?

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

[nəqərat]
bəlkə göylər bu torpağa
sevgisindən söhbət açır
o*o*o, yağış yağır, bu şəhərin
gözlərindən yuxu qaçır
bu şəhər də, bu yağış da
bu gecə də bizimkidir
ah, bu gecədən bizə baxan
o səhər də bizimkidir

[bənd 3]
saçlarında, əllərində
damcıların parıltısı
qəlbimizə axıb gedən
bu yağışın pıçıltısı

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

[nəqərat]
bəlkə göylər bu torpağa
sevgisindən söhbət açır
ay, yağış yağır, bu şəhərin
gözlərindən yuxu qaçır

bu şəhər də, bu yağış da
bu gecə də bizimkidir
bu gecədən bizə baxan
o səhər də bizimkidir
bəlkə göylər bu torpağa
sevgisindən söhbət açır
ay, yağış yağır, bu şəhərin
gözlərindən yuxu qaçır

bu şəhər də, bu yağış da
bu gecə də bizimkidir
bu gecədən bizə baxan
o səhər də bizimkidir

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...