lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yuxu – nazim faytonçu

Loading...

[bənd 1]
yenə səni mən bu gecə
yuxumda görəcəyəm
eşqə düşmüşəm necə
mən sənə deyəcəyəm

bilirəm ki, səssizcə
üzümə güləcəksən
həzin əsən bir yel kimi
yox olub itəcəksən

[nəqərat]
söylə, səni tapım harada?
ayna gözlü saf sularda
bəlkə səni mən arayım
gecə yanan ulduzlarda
göyərçintək qanad açıb
sən itmisən səmalarda
heç olmazsa, bir ümid ver
görüm səni yuxularda

söylə, sən haradasan, harada?
mahnılarda, dualarda?
izlərini axtarıram
gecə*gündüz mən yollarda
qalmışam, bil həsrətindən
cavabsız bu suallarda
[bənd 2]
nə vaxta qədər axı sən
yuxutək qalacaqsan?
nə vaxta qədər beləcə
lal olub susacaqsan?

nə üçün, mənə de, yuxumda
qəmli baxır gözlərin?
qorxuram ki, ayılsam
yox olacaq izlərin

[nəqərat]
söylə, səni tapım harada?
ayna gözlü saf sularda
bəlkə səni mən arayım
gecə yanan ulduzlarda
göyərçintək qanad açıb
sən itmisən səmalarda
heç olmazsa, bir ümid ver
görüm səni yuxularda

söylə, sən haradasan, harada?
mahnılarda, dualarda?
izlərini axtarıram
gecə*gündüz mən yollarda
qalmışam, bil həsrətindən
cavabsız bu suallarda
söylə, səni görüm harada?
ayna gözlü saf sularda
bəlkə səni mən arayım
gecə yanan ulduzlarda
göyərçintək qanad açıb
sən itmisən səmalarda
heç olmazsa, bir ümid ver
görüm səni yuxularda

söylə, sən haradasan, harada?
mahnılarda, dualarda?
izlərini axtarıram
gecə yanan ulduzlarda
qalmışam, bil həsrətindən
cavabsız bu suallarda

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...