lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu lay lay – nazperi dostəliyeva

Loading...

sözlər :
bir oğul böyüdü arzularıyla
ürəkdə, qəlbdə sevgi yaşardı
atanın, ananın qüruru idi
cəbhədə döyüşmək istəyi vardı

sevgisi əlində silaha döndü
torpağla azad olmağa getdi
canıyla, qanıyla, eşqi, ruhuyla
vətənin qəlbinə dolmağa getdi

qovuşdu sevginin ən ülvisinə
ruhuyla göylərdə qonağa döndü
toxundu qələbə zirvələrinə
böyüdü ucaldı torpağa döndü

lay lay əziz balam
lay lay igid oğlum
qəhrəmanlar ölmür yaşayır hər an
artıq ürəklərdə yaşayacaqsan hər zaman

lay lay əziz balam
lay lay igid oğlum
müqəddəslər ölmür yaşayır hər an
sevən ürəklərin qəhrəmanısan kənan
qəlbinə yığaraq əzizlərini
özü ilə apardı hünərlərinə
alnına yazılan yazısını da
sonadək oxutdu sevənlərinə

bir ana ağlayır, bir ata susur
bütün ürəklərdə bir mərt dillənir
yüksəldi şəhidlik zirvəsinə o
həm qürur, həm ağrı, həm dərt dinlədi

qovuşdu sevginin ən ülvisinə
ruhuyla göylərdə qonağa döndü
toxundu qələbə zirvələrinə
böyüdü ucaldı torpağa döndü

lay lay əziz balam
lay lay igid oğlum
qəhrəmanlar ölmür yaşayır hər an
artıq ürəklərdə yaşayacaqsan hər zaman

lay lay əziz balam
lay lay igid oğlum
müqəddəslər ölmür yaşayır hər an
sevən ürəklərin qəhrəmanısan kənan

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...