lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu əllər – nihad quliyev

Loading...

dön, çünki mən istədiyimdə sən istəmədiyində geri dönürsən və
döndüyün hər yeni gün üçün fərqli bir insanmış kimi elə gülümsə

əgər bir gün ölsəm izlə
adətdi çünki ölkəmizdə
4 il əvvəlki kimi görsənirsən
bəllidi görkəmindən

gözlərimdə isti dənizlər
içirəm son sətirdə
xəyalı gözəldi hərşeyin amma ki nə qədər yalvarım dönməyirsən
və insanlar bu gün itirdiyi şeyin dəyərini zamanla bilməyirsə ölsün
arzum odur ki sənlə görüşüm
bilirəm dinləyirsən

bəlkə də başqa bir insanın ağzına yerləşməz amma eynidi hisslər
mənə davrandığın hər anında fırtınalar qopurdu sanki içimdə
sakit biçimdə söyməyi seçdim, sənin ayrı yerin vardı bilirsən
əksiylərlə dolan bütün həyatımın içində böyük bir artıq idin sən

tək deyiləm söz səsim sorağım
soyuqdan buz kəsir qulağım
bu küçədəyəm əlimdə bir siqaret, bir telefon və əsir dodağım

kitab yazsam da önəmi yoxdu
getdi və bilirəm gələri yoxdu
əllərimdə yanğınlar var
qəlbim buzdu, zərəri yoxdu
toxunmasın əlləri əllərimə
görməsin gözləri mən yerinə
başqası öpməsin əllərini
ömür yolunu yenə tək gedirəm. (x2)

dəyməsin əlləri əllərimə, buna rəğmən tutmasam da
səndən başqa birini düşünüb fikirdə başqa xəyallar qurmasam da
boşver, başqa bir insanın ağzından eşitdiyin o sözləri oxumasam da
gözlərimə bax və son dəfə qucaqla məni
denən ki sağsan..

denən ki yaşayacaqsan və mən olmasam belə bacaracaqsan
bu sözləri deməyin mənası olmasa belə gözlərimdə ucalacaqsan və
sən bağlanmış bir kitabın yenidən açılmasını istədin, məncə
artıq hər şey üçün çox gecdi, bağlı kitabda yox olmusan

ürəyim bulanır
gözlər qan çanağı
qəlbim atmır artıq
mən öldüyümdə məni tək tənha olan bir məzarlıqda basdırarsız
hələ ölməmişəm gülüm, yalandan belə olsa əlimdən tutsan artıq
bir birimizi çox sevərkən, başqa bədənlər içində məhbus qaldıq

toxunmasın əlləri əllərimə
görməsin gözləri mən yerinə
başqası öpməsin əllərini
ömür yolunu yenə tək gedirəm,2x

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...