lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ah neçə illərdir yalan görmüşəm – nizami rəmzi

Loading...

[giriş]
varımı, yoxumu talan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 1]
vəzifədən kənar olan qəm tutub
kiminsə dalında düşüb şəm tutub
bir dəstə adam oturub dəm tutub
bircə dənə zurna çalan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 2]
qızıl xəncəri götürüb əlinə
“şəxsən” kəlməsini tikdi dilinə
vətənimin sərvətinin yerinə
neçə*neçə medal alan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 3]
partiya adı ilə iməyliyən
kommunistlərin dalınca ləhləyən
“lenin, əziz babamızdır” söyləyən
ən görkəmli şeir yazan görmüşəm
[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 4]
dünya vəfasızdır, dəşikdik donu
böyük kainatın sonsuzdur sonu
milyonu keçmişdi pambığın tonu
onu plan deyil, palan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 5]
bir ilin dördcürə fəsillərində
hamı talon gəzdirir əllərində
indi nə var durğunluq illərində
toyuğu cüt*cüt yumurtlayan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 6]
səsi, səsi, min səsi ilə bərabər
tərəvəzi, meyvəsi ilə bərabər
yunu, qoyun çəkisi ilə bərabər
qəhrəman ad alan çoban görmüşəm
[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 7]
özgə vilayətə axan neftimin
bayraqlara nişan taxan neftimin
əzab*əziyyət ilə çıxan neftimin
tonun üç manata satan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 8]
nəhəng bir insan bizə oldu mehman
çənəsini tərpədərək astadan
“vot şiroko şaqaet azərbaycan”
sözün deyən tərki*cahan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 9]
xəzərimizi buladan sumqayıtda
yox, kimsəni oyadan sumqayıtda
tariqələr yaradan sumqayıtda
yüz minlərlə zəhər udan görmüşəm
[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

[bənd 10]
“mən gəlirəm” deyə xəbər göndərən
öz*özünü özgələrə güldürən
süd bulağından əlavə söz verən
erkək öküzləri sağan görmüşəm

[nəqərat]
ah neçə illərdir yalan görmüşəm
ah neçə illərdir yalan görmüşəm

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...