lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nə var, nə yox – nm qrupu

Loading...

*salam, elnur. nə var, nə yox?
*sağlığın. sən necəsən?
*belə də. haradan gəlirsən?
*özüm də bilmirəm
*qanın niyə qaradı e?
*heç sənin də qanın qırmızı deyil
*mən heç, mən bəlaya düşmüşəm. de görüm, sənə nə olub?
*mənim də dərdim danışılası deyil, anar
*aa başqasını sevir?
**eh, sevsəydi dərd yarıydı. heç kəsi sevmir. nə məni, nə də başqasını
*nə bilirsən?
*özü belə deyir
*mənə bax özü çox şey deyir. bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
*bəs mən yazıq haradan bilim? fal açdırım?
*eeh, sən də! fal niyə? öz*özün həssas ol da
*anar, bilirsən, deyir ki, inanmıram sənə
*əşi, deyir deyir də. elə elə ki, inansın
*yaxşı. fərhad kimi qaya çapım, yoxsa məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
*…dayan bir az fikirləşim. görüm sənə nə məsləhət verim? sən onun gözlərinə bax, gözlər yalan danışmaz
*eh, onu şairlər uydurub
*elnur, sən də qəribə söz danışırsan e! şairlər də bizim kimi adamdır da. onlar da seviblər, seviliblər
*eh, mənim dərdim bütün yazıçılar ittifaqı yığışıb yazsa, qurtaran deyil. yazıçılar ittifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
*yox, zəng eləmişdi
*aha, nə deyir?
*səsi soyuq idi, buz kimi
*səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
*əşi, salam*kalam eləmişdik ki, əlaqə saxladı
*bəs təkrar zəng eləmədin?
*elədim, telefonu bağlı idi
*hə, indi nə fikirləşirsən?
*ə, nə fikirləşəcəm ki? səsi sopsoyuq idi buz kimi
*hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir.bununla əlaqədar iqlim…
*dayan görüm e, sən də. atmosferin bura nə dəxli var?
*heç, elə*belə. sözdür də deyirəm. darıxma, hər şey yaxşı olacaq
*sən də darıxma
*nə var, nə yox?
*sağlığın
*ayrı nə var, nə yox?
*salamatçılıqdır

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...