lirik lagu ağ-qara – orkhan zeynalli
[bənd 1]
yenə düz olan çox az şey var
aç pəncərəni, şəhərə bax
mənə hər yan boz, hər yan sıxıcı
təbəssümə dodaqlarım tox
bir gün xoşbəxt, bir gün üzgün
bilmirəm, nədir səhv, nə düzgün
hər şey yaxşıdır deyəndə belə
həqiqəti mənə göstərəcək güzgüm
[keçid]
qoydum çantama bir ümid
həyata sevgi
anladım ki, hər şey mənim öz əllərimdə
evdən qaçdım, küçələr evim
bu həyat bir gün
dünya dönsün mənimçün qoy vərəqlərimdə
[nəqərat]
gündüzüm hədər olub, gecələrim təsəlli
həyat bir əyləncəydi, sevincini mən sevdim
ətraf süni gülüşlər, təkcə mənəmmi qəmli?
hər şey sanki ağ*qara, yalnız yuxular rəngli
[bənd 2]
mənə fərq etmir, qalacaq adım, ya yox
bir addımlıq yoldur həyat
tarix kitablarına həkk olacaq qədər
bilirəm, istedadım da yox
bir mən varam, bir alın yazım
ağ*qara vərəqəm, hər yanım yazı
məni silkələsən, töküləcək istək
kağız, qələm uğurun kompası
[keçid]
görürəm uzaqdan bir xəyal
həyat bir otaqlı evə bənzər
yeni yoldur xəritəm bəmbəyaz
sevgi əşya kimi günləri bəzər
[nəqərat]
gündüzüm hədər olub, gecələrim təsəlli
həyat bir əyləncəydi, sevincini mən sevdim
ətraf süni gülüşlər, təkcə mənəmmi qəmli?
hər şey sanki ağ*qara, yalnız yuxular rəngli
lirik lagu lainnya :
- kumpulan lirik lagu nic cester › lirik lagu sugar rush – nic cester
- kumpulan lirik lagu linkin park › lirik lagu looking for an answer – linkin park
- kumpulan lirik lagu the violets › lirik lagu schiavi – the violets
- kumpulan lirik lagu zew › lirik lagu fly – zew
- kumpulan lirik lagu billy milligan › lirik lagu держи – billy milligan
- kumpulan lirik lagu machine est mon coeur › lirik lagu grow – machine est mon coeur
- kumpulan lirik lagu vitrola magica › lirik lagu teu nome é mulher – vitrola mágica
- kumpulan lirik lagu camille › lirik lagu seeds – camille
- kumpulan lirik lagu 動力火車 › lirik lagu 熱量 – 動力火車
- kumpulan lirik lagu feat jonathan mendelsohn armin van buuren › lirik lagu this moment (feat. jonathan mendelsohn) – armin van buuren