lirik lagu böyük ümidlər/xatirədir – orkhan zeynalli
[bənd 1]
doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
bir gün qabaq yox idin, bu gün isə həyatın var
heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
bəzənsə parçalanan qaya arasında son qırıntı
gözünü yum, qorxma bir azdan bitəcək səslər
küsmə taleyindən o heç nəyi etmir qəsdən
azalacaq səslər, azalacaq səslər
valideyn sayı azaldıqca azalacaq səslər, hey
[nəqərat]
niyə çıxdıq yola biz?
dəli olub bu dəniz
bir adadır sevgimiz
hər yanı xatirədir
niyə çıxdıq yola biz?
dəli olub bu dəniz
bir adadır sevgimiz
hər yanı xatirədir
[bənd 2]
valideyn davaları dəriyə hopmuş yaralar kimidir
ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
kimsə n*z*r ailəsində, var*dövlət, mülk içində
kimsə son anda abort etməyən tək anayla
kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
*n*lar var * qalıb baş*başa yadigar başdaşıyla
ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
uşaqlar var * valideyn əvəzi böyüyüb qardaşıyla
doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
gecədən qalma yaşı ilə səhər məktəbə getmək
çətin idi özgələrdən qayğı tələb etmək
çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
çətin idi “mənim ailəm” mövzusunda inşa yazmaq, hey
[nəqərat]
niyə çıxdıq yola biz?
dəli olub bu dəniz
bir adadır sevgimiz
hər yanı xatirədir
niyə çıxdıq yola biz?
dəli olub bu dəniz
bir adadır sevgimiz
hər yanı xatirədir
niyə çıxdıq yola biz?
dəli olub bu dəniz
bir adadır sevgimiz
hər yanı xatirədir
niyə çıxdıq yola biz?
dəli olub bu dəniz
bir adadır sevgimiz
hər yanı xatirədir
gözümü bağlayıb dinlədim o səsləri
dizimi qucaqlayıb dinlədim o səsləri
yastıqlar gizlədəndə o səsləri
gözümü bağlayıb dinlədim o səsləri
dizimi qucaqlayıb dinlədim o səsləri
yastıqlar gizlədəndə o səsləri
qalanı xatirədir
gözümü bağlayıb dinlədim o səsləri
dizimi qucaqlayıb dinlədim o səsləri
yastıqlar gizlədəndə o səsləri
qalanı xatirədir
içimdən səs gəlir
lirik lagu lainnya :
- kumpulan lirik lagu malka uk › lirik lagu what is love – malka (uk)
- kumpulan lirik lagu emilie brandt › lirik lagu shed my skin – emilie brandt
- kumpulan lirik lagu nene villa › lirik lagu 3 am – nene villa
- kumpulan lirik lagu simon joyner › lirik lagu when the worst doesn’t happen – simon joyner
- kumpulan lirik lagu elcablemo › lirik lagu far away – elcablemo
- kumpulan lirik lagu yamine › lirik lagu comeback – yamine
- kumpulan lirik lagu mario william vitale › lirik lagu rap – mario william vitale
- kumpulan lirik lagu mange schmidt › lirik lagu varje dag (outro) – mange schmidt
- kumpulan lirik lagu brazy da bo › lirik lagu who do it better? – brazy da bo$
- kumpulan lirik lagu h a t e › lirik lagu euphoria of the new breed – h.a.t.e.