lirik lagu torpaqdan ev – orkhan zeynalli
[nəqarət]
qoyulmayacaq qərənfillər daha cüt say, qarabağ
bitir soyuq qış, üfüqdə görünür yay, qarabağ
de varmı gözəlliyinə bu cahanda tay, qarabağ?
olmaz bir qarışından düşmənə pay, qarabağ
[bənd 1]
salam, əsgər! danışır vətən
sağ ol ki, varsan!
bünövrəsi millət olan evdə sən bil ki, divarsan
həm oğulsan, həm ata
həm qardaş, həm də ki yarsan
bilirdim ki, gələcəksən
30 ildir tərk*i diyarsan
döyüşə gedir igidlər
gedir ömürlük yurda
əmrini verir komandir
qışqırır bölük burda
’92 fevralında qar içində qaçan körpələr
əridib buzlar içində
böyüyüb dönüb qurda
döyüşə gedir igidlər
qulaqlarında “dəyirman * ya qarabağ, ya ölüm”
“kor zabit”, “okaber * taboo”
“guantanamero”, “marş”
“igid əsgər * şəmistan”
sənə hər an can qurban
sən olasan gülüstan
nigaran ananın göz qapaqlarında gir, islan
əllərindən öpürəm, ana
qəlbində bitsin üsyan
doğsun günəş camalında
kəsilsin əbədi leysan
oğlun bitirdi hicran
evinə dönür, gör, neçə insan
[nəqarət]
qoyulmayacaq qərənfillər daha cüt say, qarabağ
bitir soyuq qış, üfüqdə görünür yay, qarabağ
de varmı gözəlliyinə bu cahanda tay, qarabağ?
olmaz bir qarışından düşmənə pay, qarabağ
qoyulmayacaq qərənfillər daha cüt say, qarabağ
bitir soyuq qış, üfüqdə görünür yay, qarabağ
de varmı gözəlliyinə bu cahanda tay, qarabağ?
olmaz bir qarışından düşmənə pay, qarabağ
[bənd 2]
bağışlasın şəhid *n*ları qələbə sevincimizi
şad olur ruhlar düşmənin yerə dəyincə dizi
sizin gözyaşlarınıza qurban hər nəfəsimiz
xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz
vicdanım vermir izin
qürbətdən döyüşə səsləyim
yazmaq asandır mahnılar isti otaqlardan
ədalət eşqi də qoymur yazım
“döyüşü kəs!” deyim
sizin silah üstün qələmdən soyuq torpaqlardan
könüllü gənclər küçədə
əyilməz ordu bizdə
bu döyüş mübariz’in adına layiq sonluq istər
yaxşı ki, var idin çingiz
bu tarix sənlə başladı
cəbhədə demir heç kim bu gün
“qayıdın, n’olub sizə?!”
döyüş başlar, masalar boşalar, danışıq bitər
həsrətin üzdüyü torpaqlarımıza qayğı verək
qulaqlarını aç, qarabağ!
danışır vətən
qapını aç, qarabağ!
övladların qayıdır evə
[nəqarət]
qoyulmayacaq qərənfillər daha cüt say, qarabağ
bitir soyuq qış, üfüqdə görünür yay, qarabağ
de varmı gözəlliyinə bu cahanda tay, qarabağ?
olmaz bir qarışından düşmənə pay, qarabağ
qoyulmayacaq qərənfillər daha cüt say, qarabağ
bitir soyuq qış, üfüqdə görünür yay, qarabağ
de varmı gözəlliyinə bu cahanda tay, qarabağ?
olmaz bir qarışından düşmənə pay, qarabağ
lirik lagu lainnya :
- kumpulan lirik lagu viceroy tryp › lirik lagu truly sick – viceroy tryp
- kumpulan lirik lagu guapo cartel › lirik lagu maladie – guapo cartel
- kumpulan lirik lagu maria colores › lirik lagu missed calls – maría colores
- kumpulan lirik lagu jose alfredo jimenez › lirik lagu muñequita negra – josé alfredo jiménez
- kumpulan lirik lagu wisin y yandel daddy yankee don omar › lirik lagu mírame* – wisin y yandel, daddy yankee & don omar
- kumpulan lirik lagu 31 fam › lirik lagu g-funk – 31 fam
- kumpulan lirik lagu goola mc › lirik lagu 1982 – goola mc
- kumpulan lirik lagu claudio gabis › lirik lagu blues de un domingo lluvioso – claudio gabis
- kumpulan lirik lagu younghearted › lirik lagu halaa – younghearted
- kumpulan lirik lagu guided by voices › lirik lagu mainstay – guided by voices