lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qırmızı yaylıq – ədalət şükürov

Loading...

[bənd 1]
üçüncü sinifdə oxuyurdum
dərsləri azacıq bilirdim
anamın qırmızı yaylığını
gizlincə mən sənə gətirdim

anamın o qırmızı yaylığı
sənin tellərini bəzədi
bilmirəm anam onu bildimi?
amma mənə bir söz demədi

[nəqərat]
qırmızı, qırmızı, qırmızı yaylığı
gəlib sənə hədiyyə etdim
bu qırmızı, qırmızı, qırmızı yaylığı
bir gün evdən götürüb getdin

qırmızı, qırmızı, qırmızı yaylıqdır
o günlərdən xatirə qaldı
qırmızı, qırmızı, qırmızı yaylıqdır
bəlkə məni yadına saldı?

[bənd 2]
indi mən səndən ayrı qalsam da
bilmirəm, kiminlə haradasan?
qırmızı yaylıqlı qız görəndə
o an səni yada salıram
kaş məktəb illəri bitməyəydi!
görəydim səni mən hər səhər
ürəyim səni heç unutmayır
aradan keçsə də çox illər

[nəqərat]
qırmızı, qırmızı, qırmızı yaylığı
gəlib sənə hədiyyə etdim
bu qırmızı, qırmızı, qırmızı yaylığı
bir gün evdən götürüb getdin

qırmızı, qırmızı, qırmızı yaylıqdır
o günlərdən xatirə qaldı
qırmızı, qırmızı, qırmızı yaylıqdır
bəlkə məni yadına saldın?

[bənd 3]
ay ana, indi oğlun böyüyüb
daha evdən yaylığın itməz
bu gün keçmişə döndüm bir anlıq
o şirin xatirələr bitməz

bir vaxt evdən yaylıq apardım mən
o yaylığın qayıtmaz geri
indi hədiyyəni qəbul elə
bu da o yaylıqlardan biri
[nəqərat]
qırmızı, qırmızı, qırmızı yaylığı
gəlib sənə hədiyyə etdim
bu qırmızı, qırmızı, qırmızı yaylığı
bir gün evdən götürüb getdin

qırmızı, qırmızı, qırmızı yaylıqdır
o günlərdən xatirə qaldı
qırmızı, qırmızı, qırmızı yaylıqdır
bəlkə məni yadına saldın?
bəlkə məni yadına saldın?

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...