lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

inaniram - paster & rzza lyrics

Loading...

[bənd 1]
mənə dəmi sən olan çay ver
sənsiz qalmağım viranə
sənlə olmağım bir aləmdir
sənlə olmağım bir ailə
qaldır şərəfinə badəm, var
verdim sevginə ziyafət
gördüm, gülüşün qiyamət
gördüm, gözlərin müsibət

bu gün qapımızda bir toy var
bizdə böylədir bu adət
düşdüm yollara, biradər
mən sevgini saxlaram əmanət
gördüm cayıllardan həyatı
böyüdüm, tanındıqca sadəyəm
bizi gördün, qırılmaz iradəyik
bizi gördün, “can you see my way”?

[keçid]
daxilində bir nur gördüm
xaricində büllur
küçələrdən ulduzam
sən mənçün xaosdakı hüzur
evimizə bir ruh ver
olaram gəmimizə mən nuh
gördüm səhraları susuz
gəldim, güllərə verim su
[nəqərat]
duysan adımı
göy üzünə aç qanadını
mən dalğalanan mavi ləpələr
dağların üzündə lalələr

inanıram, sənə inanıram
səmada günəş
mən dağlarında qar
sən mənim üçün ev
ancaq mənə yar
küləklər əsir, alovlanıram

inanıram, sənə inanıram
səmada günəş
mən dağlarında qar
sən mənim üçün ev
ancaq mənə yar
küləklər əsir, alovlanıram

[bənd 2]
o şehli səhər, torpaqdan qoxulayıb
qollarında ölsəydim, güllərini dərsəydim
sevirəm gül üzündəki eybi
dünyaya bir daha da gəlsəydim, “baby”
partladardım “champagne”i sənçün
qısqanardım mən geyimi deyinib
səbəblərini bilsəydi beynim
düşüb gecələrinə şeirim
bu, bakıdan gözəllikdir
çəkib yad ellərə ver seyri
odla oynayan yeldir
xəzərin sahilində bir yerdir
sənlə yaşamağı öyrəndim
sənsiz ölməyə də yox meylim

[nəqərat]
duysan adımı
göy üzünə aç qanadını
mən dalğalanan mavi ləpələr
dağların üzündə lalələr

inanıram, sənə inanıram
səmada günəş
mən dağlarında qar
sən mənim üçün ev
ancaq mənə yar
küləklər əsir, alovlanıram

inanıram, sənə inanıram
səmada günəş
mən dağlarında qar
sən mənim üçün ev
ancaq mənə yar
küləklər əsir, alovlanıram

Random Song Lyrics :

Popular

Loading...