lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu mahnılar – promete

Loading...

[nəqərat: hilal demo]
bu mahnı həqiqətdir qəbul etməsən də
bütün mahnıların taleyinin hökmü səndə
şairə əziyyətdir şeir səslənməyəndə
işsiz qalır dirijorlar not küsəndə

bu mahnı həqiqətdir qəbul etməsən də
bütün mahnıların taleyinin hökmü səndə
şairə əziyyətdir şeir səslənməyəndə
işsiz qalır dirijorlar not küsəndə
[bənd 1: promete]
bəzən bir siqaretin tüstüsü daha çox anlar insanı ətrafındakı insan toplusundan
necə qurtulur, görəsən, o yaradıcı ruhlar, hər şeyin üst*üstə gəlməsi duyğusundan?
illərdir axtarılan sualların cavabını, görəsən, kimsə tapıbmı və harasa yazıbmı?
dərinə gedənlərin geriyə qayıdanı maraqsızdır, bizə maraqlı o kəslər ki, oralarda azıbdır
buraxıb dərinlikləri və yorucu fəlsəfəni, hədəftək götürürəm gündəlik səksəkəni
dostlarım dağılıbdır yer planetinin üstünə maraqsızlaşdıraraq mənimçün bu ölkəni
məişət qayğıları yaşla düz mütənasibdir, maddiyyata daha çox bağlanıram ildən ilə
gülməyim gəlir indi kimsə verəndə sual “necə hissdir mahnılarınızın düşməsi dildən dilə?”

[keçid: promete]
böyüyəcəksən, dostum, səni də böyüdəcəklər
özünü böyüdülmüş görəndə çalış ki, çaşma
şirin dillər ilanı çıxara bilir yuvasından
kini kölgənçün saxla, çalış oyuna qarışma
yoxlama dostu darda, pis günü yaxın buraxma
umma ki, küsməyəsən, heç kəsdən alma dəstək
özünü tap özündə, çətindir, amma mümkündür
özünü yar olana hər addımda tanrı kömək

[bənd 2: hilal demo]
ehtiyac yoxdur bəzən doğruları deyəsən
başını aşağı salıb görməzdən gələsən
yaranan vəziyyətdə öz xeyrini güdəsən
de mənə, bu filmlərə ağlayasan, güləsən?
elə sən də beləsən, çox da uzağa getmə
günahsız halda qəmli mahnıları tərk etmən
bədənin rəqs etmək istər, əl qaşınar
bəzi mahnılar elə rəqsin qədər yaşayar
daşıyar başqa məqsəd bu notlar dilə gəlsə
bu gündən küləklər sərt əsər, yeri gəlsə
yazılmalı min əsər, əsərlər bəhsəbəhsdə
pozulmalı bu əsəb, insanlar min həvəsdə
səslənən musiqidən qulaqcıqlar utanır
axı bu şəhərdə dahi bəstəkarlar qocalıb
şairlər nə bacarır, nədir daha qurtarıb?
yoxsa ağıllı musiqiylə toylar azalır?
[keçid: islam shirvany]
özünü tapmaq üçün çıxdığı bütün axtarışlardan əliboş dönənlərin məyusluğudur bu mahnı
“bu dəfə nə oldu?” deyə soruşulanda cavab əvəzində gözlərin yorğunluğudur bu mahnı
dalğamız eynidir indi, sən məni anlayırsan, nədən danışdığımı, nədən oxuduğumu
çoxların anlamadığı sadə albom treki, təklərin pleylistinin dolğunluğudur bu mahnı

[keçid: hilal demo & promete]
bu mahnı həqiqətdir, bro
qəbul etməsən də
şairə əziyyətdir
şeir səslənməyəndə

bu mahnı həqiqətdir, bro
qəbul etməsən də
şairə əziyyətdir
şeir səslənməyəndə

[nəqərat: promete & hilal demo]
bu mahnı həqiqətdir qəbul etməsən də
bütün mahnıların taleyinin hökmü səndə
şairə əziyyətdir şeir səslənməyəndə
işsiz qalır dirijorlar not küsəndə

bu mahnı həqiqətdir qəbul etməsən də
bütün mahnıların taleyinin hökmü səndə
şairə əziyyətdir şeir səslənməyəndə
işsiz qalır dirijorlar not küsəndə

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...